Zelenski Gürcüstan hakimiyyətinə sanksiya tətbiq etməyə hazırlaşır
Yeniavaz saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Ukrayna Prezidenti Vladimir Zelenski Gürcüstanda baş verənlərə münasibət bildirib.
Yeniavaz.com “RBC-Ukrayna”ya istinadən xəbər verir ki, rəsmi Kiyev artıq müvafiq sanksiya qərarları hazırlayır.
Zelenskinin sözlərinə görə, Gürcüstandakı vəziyyət təkcə onun xalqına aid deyil: “Ölkənin indiki hakimiyyəti onu açıq-aşkar Rusiyadan asılılığa aparır. Hakimiyyətin öz xalqına qarşı etdikləri utancvericidir. Moskva Gürcüstandakı bu hakimiyyəti tərifləyəndə, bu, onların kimin üçün işlədiyini və etirazları kimin üçün dağıddıqlarını açıq şəkildə göstərir. Qətiyyən Gürcüstan üçün deyil”.
Ukrayna Prezidenti artıq müvafiq sanksiya qərarlarının hazırlanmasına göstəriş verdiyini bildirib: "Biz hüquqi cavabımızı hazırlayırıq. Avropalılar və digər tərəfdaşlarla konkret tədbirlər üzərində işləyirik".
Baxış sayı:117
Bu xəbər 04 Dekabr 2024 23:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















