Icma.az
close
up
RU
Zelenski: “Hazırda Krımı hərbi yolla geri qaytarmaq mümkün deyil”

Zelenski: “Hazırda Krımı hərbi yolla geri qaytarmaq mümkün deyil”

Ayna saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

“Biz Krımı geri qaytarmaq üçün on minlərlə insanımızı itirməyə tab gətirə bilmərik”

“Ukraynanın hələ 1991-ci il sərhədlərinə hərbi yolla nəzarəti bərpa etmək üçün kifayət qədər qüvvəsi yoxdur”. AYNA xəbər verir ki, bu sözləri Ukrayna Prezidenti Volodimir Zelenski deyib.

Onun sözlərinə görə, ölkə diplomatik üsullarla Krımın qaytarılmasına çalışacaq.

“Biz Krımı geri qaytarmaq üçün on minlərlə insanımızı itirməyə tab gətirə bilmərik”, - dövlət başçısı “Fox News” telekanalına müsahibəsində vurğulayıb.

Eyni zamanda, Zelenski qeyd edib ki, Kiyev “qanuni olaraq” Ukraynanın heç bir işğal olunmuş ərazisini, o cümlədən tammiqyaslı işğal başlamazdan əvvəl ələ keçirilən əraziləri Rusiya ərazisi kimi tanıya bilməz.

Ukrayna Prezidentinin sözlərinə görə, müharibənin başa çatması şərtləri böyük ölçüdə Vladimir Putindən, lakin daha çox ABŞ-dan asılıdır: “Putin ABŞ-dan zəifdir. ABŞ Prezidentinin gücü, ABŞ-ın silahı var və və enerji qiymətlərini aşağı salmaq imkanı var. Yeri gəlmişkən, mən kütləvi informasiya vasitələrində yeni seçilmiş Prezident Donald Trampdan enerji resurslarının və neftin qiymətlərini aşağı salmağı düşündüyü barədə siqnal eşitdim. Bu, həqiqətən də lazımdır”.

Ukrayna lideri Trampın Putinə təsir edə biləcəyinə və onu müharibəni bitirməyə məcbur edə biləcəyinə əmin olduğunu söyləyib: “ABŞ-da mövcud olan bütün rıçaqlardan istifadə etsələr, bu, mümkündür. Çünki Tramp Putindən qat-qat güclüdür. ABŞ daha güclüdür. İqtisadiyyat daha güclüdür. ABŞ-ın böyük təsiri var”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:234
embedMənbə:https://ayna.az
archiveBu xəbər 21 Noyabr 2024 10:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see348

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see281

Bir qədəh şərab qan təzyiqinə necə təsir edir? Mütəxəssislər açıqlayıb

27 Noyabr 2026 22:17see262

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see258

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see241

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see241

Avropa İttifaqı ilə Yüksək Səviyyəli Nəqliyyat Dialoqu iclası

28 Noyabr 2026 13:40see228

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see223

Vatikan kitabxanaları ilə əməkdaşlıq

28 Noyabr 2026 14:45see219

İran “MDB+” formatına qoşulmaqla nə qazanacaq?

28 Noyabr 2026 16:44see218

Xərçəngin müalicəsi üçün yeni preparat hazırlandı

28 Noyabr 2026 09:05see218

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (28.11.2026)

28 Noyabr 2026 09:34see217

Anar Bayramov Lənkəran Rayon Mərkəzi Xəstəxanasının fəaliyyəti ilə tanış olub

28 Noyabr 2026 11:01see216

Tamar İoseliani: Bakı Orta Dəhlizin inkişafında mühüm regional tərəfdaşdır

27 Noyabr 2026 22:46see215

Dünyada cəmi bir ədəd qalan ağacı qorumaq üçün kəndirlə bağladılar

28 Noyabr 2026 00:39see215

Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir

29 Noyabr 2026 05:06see211

Yeni Klinikada KT cihazı niyə işləmir? Rəsmi açıqlama

28 Noyabr 2026 20:12see210

Yerli biznes üçün əlavə gəlir mənbəyi: Yeni qayda nəyi dəyişəcək?

28 Noyabr 2026 12:32see199

Sultan IV Mehmetin krala göndərdiyi məktub üzə çıxdı

29 Noyabr 2026 08:01see190

Valideynlərinə 5000 manat ziyan vuran oğul saxlanıldı

28 Noyabr 2026 17:55see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri