Zelenski: “Hucum davam etsə, Moskva ağır qışla üzləşəcək”
Ayna portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın ölkəsinin enerji infrastrukturuna hücumları davam etdirəcəyi təqdirdə Moskvanın da ağır qışla üzləşəcəyini bildirib.
AYNA.AZ-ın Ukrayna mediasına istinadən məlumatına görə, Zelenski bunu BMT Baş Assambleyasının 81-ci sessiyasında çıxışı zamanı deyib.
“Ukraynalılar anlayırlar ki, bu qış bizim üçün çox sərt keçə bilər. Cavab olaraq bizim Rusiya üçün də bu qışı ağrılı etməkdən başqa seçimimiz qalmayacaq”, – Ukrayna Prezidenti bildirib.
Zelenskinin sözlərinə görə, Rusiya Ukraynanın enerji sistemlərinə və istilik təchizatına hücumları davam etdirərsə, Kiyev buna cavab verəcək. O, məhz buna görə qış başlamazdan əvvəl deeskalasiya istiqamətində addımların atılmasının vacib olduğunu vurğulayıb.
Ukrayna Prezidenti ölkəsinin müharibəni seçmədiyini, özünü müdafiə etdiyini də əlavə edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:138
Bu xəbər 24 Sentyabr 2026 11:10 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















