Zelenski İlham Əliyevə başsağlığı verib Xəbər saytı Son xəbərlər və Hadisələr
Baku.ws saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Ukrayna prezidenti Volodimr Zelenski Prezident İlham Əliyevlə baş vermiş təyyarə qəzasını müzakirə edib.
BAKU.WS xəbər verir ki, o, bu barədə şəxsi İnstaqram hesabında paylaşım edib.
Zelenski bildirib ki, söhbət zamanı baş vermiş dəhşətli fəlakətlə əlaqədar o, İlham Əliyevə və Azərbaycan xalqına başsağlığı verərək pilotların və təyyarə heyətinin qəhrəmanlığını vurğulayıb.
"İndi əsas prioritet baş verənlərlə bağlı bütün suallara cavab verəcək hərtərəfli araşdırmadır. Rusiya dəqiq izahat verməli və dezinformasiya yaymağı dayandırmalıdır. Foto və videolarda təyyarənin fuzelyajının zədələnməsi, o cümlədən Hava Hücumundan Müdafiə sisteminin raket zərbəsinə çox bənzəyən əziklər aydın şəkildə əks olunub. Biz bu vəziyyətdə Azərbaycanı bütün lazımi vasitələrlə dəstəkləyərək digər ölkələri də yardım göstərməyə çağırırıq. Bundan əlavə, yaxın vaxtlarda ikitərəfli təmasları intensivləşdirmək barədə razılığa gəldik", - deyə Zelenski vurğulayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:95
Bu xəbər 28 Dekabr 2024 17:29 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















