“Zelenski indi qərar verməlidir, yoxsa gec olacaq” Peskov Zelenskini təhdid edib
Icma.az, Azpolitika.az saytına istinadən bildirir.
Ukrayna hakimiyyəti sülh nizamlanması ilə bağlı dərhal qərar verməlidir, əks halda çox gec olacaq.
APA-nın Moskva bürosu xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
Onun sözlərinə görə, Rusiyanın hücum əməliyyatları Zelenskini “danışıqlar aparmağa və bunu elə indi etməyə” sövq etməlidir.
Kreml rəsmisi vurğulayıb ki, Rusiya silahlı qüvvələrinin hücum əməliyyatlarının gedişatı zamanı Ukrayna ərazilərini itirdikcə, onun üçün qərar qəbul etmə azadlığının imkanları daralır.
“Məhz bu, Zelenskini və onun rejimini sülh yolu ilə nizamlanmaya məcbur etmək cəhdidir. Bunu davam etdirmək onlar üçün mənasız və təhlükəlidir. Rejim məsuliyyətli qərar qəbul etməli və bunu indi etməlidir", - Peskov fikrini yekunlaşdırıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:43
Bu xəbər 21 Noyabr 2025 16:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















