Zelenski İstanbulda Putinlə şəxsən görüşməyə hazırdır
Icma.az, Redaktor.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Ukrayna Prezidenti Volodimir Zelenski mayın 15-də İstanbulda Rusiya prezidenti Vladimir Putinlə şəxsən görüşməyə hazır olduğunu bildirib.
Redaktor.az xəbər verir ki, bu barədə o, sosial şəbəkədə məlumat yayıb.
“Diplomatiya üçün lazımi zəmin yaratmaq üçün sabahdan tam və uzunmüddətli atəşkəs gözləyirik. Qətlləri uzatmağın mənası yoxdur. Mən Putini cümə axşamı Türkiyədə şəxsən gözləyəcəm. Ümid edirəm ki, ruslar bu dəfə edə bilməyəcəkləri səbəblər axtarmayacaqlar”, - deyə o bildirib.
Qeyd edək ki, bu açıqlamadan bir saat keçməmiş ABŞ prezidenti Donald Tramp Ukraynanın İstanbulda Rusiya ilə danışıqlara razılıq verməli olduğunu yazmışdı.
Tramp hesab edir ki, görüş sayəsində Kiyev Moskva ilə razılaşmanın mümkün olub-olmadığını "n azı başa düşə biləcək və Qərb buna uyğun hərəkət edə biləcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:115
Bu xəbər 11 May 2025 21:34 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















