Zelenski liderləri üçtərəfli sammitə çağırır
Reyting.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Ukrayna prezidenti Vladimir Zelenski bəyan edib ki, ABŞ, Ukrayna və Rusiya liderlərinin iştirak etdiyi üçtərəfli format müharibəni mümkün qədər tez bitirmək üçün ən effektiv həll yoludur.
Reyting.az-ın məlumatına görə, Zelenski “Telegram” hesabında yazıb ki, Donald Trampın Ukrayna və Rusiya üzrə xüsusi nümayəndəsi Keyt Kelloq ilə görüşdə Rusiya-Ukrayna müharibəsinə son qoyulması, ölkəsinə təhlükəsizlik zəmanətlərinin verilməsi, Ukrayna ilə ABŞ arasında birgə silah istehsalı kimi məsələlər müzakirə olunub.
“ABŞ-dan müsbət cavab gözləyirik”,- Zelenski əlavə edib.
Zelenski həmçinin bildirib ki, görüşdə müharibəyə son qoymaq üçün rəhbərlik səviyyəsində sürətli görüşlə bağlı məsələlər də müzakirə olunub.
E. KAMAL

Zelenski: Üçtərəfli görüş baş tutmasa,...
16 Avqust 2025 15:41
Üçtərəfli görüş üçün hazırıq Zelenski
18 Avqust 2025 21:49
Zelenski: Biz Putinlə üçtərəfli görüşlərə hazırıq
28 May 2025 12:01
Zelenski: Biz birbaşa üçtərəfli formatda görüşə hazırıq
22 Avqust 2025 16:53
Putin və Zelenski ilə üçtərəfli görüş olacaq Tramp
25 İyul 2025 19:56

