Zelenski Məhəmməd bin Salman ilə Ukraynadakı vəziyyəti müzakirə edib
Missiya.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Ukrayna Prezidenti Volodimir Zelenski Səudiyyə Ərəbistanı şahzadəsi Məhəmməd bin Salman Əl Səud ilə görüşüb.
Missiya.Az xəbər verir ki, bu barədə Ukrayna lideri özünün “Teleqram” kanalında məlumat verib.
Onun sözlərinə görə, tərəflər Ukraynada müharibəyə son qoymağın yollarını müzakirə ediblər.
"Biz Məhəmməd bin Salman Əl Səud ilə müharibəni dayandıra biləcək addımlar barədə fikirlərimizi bölüşdük. O, diplomatik səylərə etimadın yaradılması üçün əsas tədbirlərdən biri ola biləcək məhbusların azad edilməsi və uşaqların geri qaytarılması məsələsini xüsusilə vurğuladı. Söhbətin əhəmiyyətli hissəsi təhlükəsizlik təminatlarının formatlarına həsr olunub", - deyə Zelenski əlavə edib.
Daşqın Həsənov
Missiya.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:117
Bu xəbər 11 Mart 2025 10:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















