Icma.az
close
up
RU
Zelenski Moskvaya hücumdan DANIŞDI KONKRET

Zelenski Moskvaya hücumdan DANIŞDI KONKRET

Icma.az bildirir, Konkret.az saytına əsaslanaraq.

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya ərazisinə və işğal olunmuş bölgələrə həyata keçirilən yeni dron hücumları barədə açıqlama verib. O, Moskva Neft Emalı Zavodunun hədəf alındığını, həmçinin Rostov vilayətində və Ukraynanın müvəqqəti işğal olunmuş ərazilərində də bəzi obyektlərə zərbələr endirildiyini təsdiqləyib.

KONKRET.az xəbər verir ki, Zelenski bu hücumları Rusiya tərəfindən Ukrayna şəhərlərinə və icmalarına edilən zərbələrə cavab kimi qiymətləndirib. O, həmçinin müharibənin dayandırılmasının vacibliyini vurğulayaraq Rusiyanı diplomatik addımlar atmağa çağırıb.

Eyni zamanda, Rusiya paytaxtı Moskva dron hücumuna məruz qalıb. Yerli rəsmilərin məlumatına görə, şəhərə yüzlərlə pilotsuz uçuş aparatı yönləndirilib və onların böyük hissəsi havada zərərsizləşdirilib.

Moskva meri Sergey Sobyanin şəhər istiqamətində uçan təxminən 180 dronun vurulduğunu bildirib.

Məlumatlara görə, hücum nəticəsində Moskva Neft Emalı Zavodu və “Sadovod” ticarət mərkəzinin yaxınlığında yerləşən bəzi obyektlər zərər görüb.

Rusiya Nəqliyyat Nazirliyi isə təhlükəsizlik səbəbindən Moskvanın bütün hava limanlarında uçuşların müvəqqəti dayandırıldığını açıqlayıb.

Müşviq Tofiqoğlu
KONKRET.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:102
embedMənbə:https://konkret.az
archiveBu xəbər 18 İyun 2026 14:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Futbolun insanları birləşdirmək gücünə sahib olduğuna qəti şəkildə inanırıq FİFA dan UEFA nın boykotdan imtinasına reaksiya

27 Avqust 2026 00:07see421

ABŞ nin sanksiyaları iqtisadi terrorizmdi SƏFİR

26 Avqust 2026 22:40see403

Ermənistan qış aylarında ciddi risklərlə üzləşə bilər

27 Avqust 2026 13:50see317

E vitamini ilə zəngin 5 məhsul

27 Avqust 2026 05:09see307

Hipertoniyadan qorunmaq üçün qidalanmada bu 2 məhsulu azaldın

26 Avqust 2026 22:02see303

Məktəbə hazırlıq təkcə geyim, çanta, dəftər deyil: Psixoloqdan valideynlərə məsləhətlər

26 Avqust 2026 20:02see297

ABŞ da təəccüblü araşdırma! Bu peşələrdə çalışanların xərçəng riski daha yüksəkdir

26 Avqust 2026 21:42see273

ABŞ dan yeni SANKSİYALAR növbə italyanlara çatdı...

27 Avqust 2026 00:08see270

“Üfüq” karyera proqramı beynəlxalq mükafat alıb

27 Avqust 2026 11:43see240

İran “düşmən media”nı Tehranın hərbi hədəfi elan etdi

27 Avqust 2026 00:08see234

57 ticarət obyektində qanunsuz mallar AŞKARLANDI FOTOLENT

27 Avqust 2026 12:14see222

Azərbaycan və Qazaxıstan Transxəzər Fiber Optik Kabel Xəttinin çəkilişini başa çatdırıb

27 Avqust 2026 20:56see213

Həddindən artıq idman oynaqlara zərər verə bilər

27 Avqust 2026 16:39see210

Əliaçıq olmaq təzyiqi normallaşdırır

27 Avqust 2026 22:01see205

Azərbaycan pambıq parça istehsalını 5 % dən çox artırıb

27 Avqust 2026 21:13see201

44 yaşlı Dima Bilan baba oldu

27 Avqust 2026 18:43see194

Nazirlik Azər Aydəmirə daha 200 min manat ödəyəcək

27 Avqust 2026 15:58see192

“Tokayev Moskvanı benzin məsələsində aldatdı?”

27 Avqust 2026 18:55see167

III “Ulduz Cup” başa çatdı

27 Avqust 2026 18:06see166

Bəs dənizin ortasında yosun varsa? 

27 Avqust 2026 15:57see166
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri