Zelenski: Müharibə bitməlidir ki, Rusiya Ukrayna ərazilərinə müdaxilə etməsin
Icma.az, Turkstan.az portalına istinadən məlumat yayır.
Ukrayna Prezidenti Vladimir Zelenski bildirib ki, dünya birliyi və Ukrayna müharibəni dayandırmalıdır ki, Rusiya bu onillikdə üçüncü dəfə Ukrayna ərazilərinə müdaxilə etməsin.
Turkustan.az xəbər verir ki, Zelenski bunu Dublində İrlandiyanın baş naziri Mixail Martinlə media üçün keçirilən birgə görüşdə vurğulayıb.
“Müharibəni ruslar başladı və bu faktın alternativi yoxdur. Onlar başladılar — bütün dünya bunun şahididir: bizi məhv etmək məqsədi ilə aqressiya göstərdilər. Biz onları dayandırdıq, Avropa kömək etdi, Amerika kömək etdi. Rusiya Ukraynanı ilk növbədə ukrayna xalqının gücünə görə işğal edə bilmədi — əsgərlərimiz, mülki şəxslər, tərəfdaşlarımız onları dayandırdı, o cümlədən Birləşmiş Ştatlar tam dəstək verdi.
Amma biz bu müharibəyə elə son qoymalıyıq ki, bir ildən sonra Rusiya yenidən — bu onillikdə üçüncü dəfə — hücuma keçməsin. Bu mümkündür. Axı onların əsas məqsədi bu idi. Dövlətimizi işğal etmək niyyətlərinə çata bilmədilər. Ancaq məqsədlərinin dəyişdiyinə əmin deyiləm. Onlar sadəcə bunu təxirə sala bilərlər və buna görə də bizim güclü müdafiəyə ehtiyacımız var”, — Zelenski deyib.
Dövlət başçısı vurğulayıb ki, ukraynalıların dinc həyata qayıtması üçün Ukraynanın gələcək təhlükəsizliyinə və sülhün təminatına dair qəti zəmanətlərə ehtiyac var.
Aytən Yaşar/ Turkustan.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:76
Bu xəbər 02 Dekabr 2025 20:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















