Icma.az
close
up
RU
Menu

İran rejimi legitimliyini itirir ŞƏRH

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

Faciənin 36 cı ildönümü...

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

“20 yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi” DEPUTAT DANIŞDI

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

Saça yapışan saqqızdan qurtulmağın yolları

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

Suriya regional güc balansını Türkiyənin xeyrinə dəyişir

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

Zelenski müharibəni bitirmək haqqında: “Putinin qorxduğu yeganə şey...”

Zelenski müharibəni bitirmək haqqında: “Putinin qorxduğu yeganə şey...”

Icma.az, Moderator.az portalına istinadən məlumat yayır.

    ABŞ prezidenti Donald Tramp səlahiyyətlərinin icrasına başlayanadək, hətta yanvarın 20-dən sonra Trampın Ukrayna ilə bağlı konkretlikdən uzaq bəyanatlarının səsləndirilməsindən sonra da Ukrayna prezidenti Volodimir Zelenski verdiyi bəyanatlarda yumşaq ritorikaya üstünlük verirdisə, son günlərdə daha qətiyyətli mövqe sərgilədiyinin şahidi oluruq. Zelenski açıqlamalarında Ukraynanın iştirakı olmadan qlobal güclərin-konkret olaraq ABŞ və Rusiyanın Ukraynanın taleyini həll etməsinin mümkünsüzlüyünü xüsusi olaraq vurğulayır və bildirir ki, təhlükəsizliyə zəmanət olmasa, Rusiya yenidən Ukraynaya soxulacaq. Bunu Zelenskinin britaniyalı jurnalist Pirs Morqana verdiyi geniş müsahibəsində aydın görmək olar. Ukrayna prezidentinin müharibəyə son qoyulması ilə bağlı gələcək danışıqlara dair fikirləri göstərir ki, Rusiyanın qalib kimi müharibəni bitirməsindən söhbət belə gedə bilməz. Qərbi Avropa liderlərinin , xüsusilə Böyük Britaniyanın və NATO Baş katibi Ryuttenin Ukraynanı sonadək dəstəkləyəcəkləri barədə verdikləri sərt açıqlamalarının Zelenskinin daha inamlı danışmasına təkan verdiyini söyləmək olar. 

Vladimir Zelenskinin Rusiyanı müsbət nəticə verəcək sülh danışıqlarına  necə inandırılmasına aydınlıq gətirib. O bildirib ki, Ukrayna avropalı tərəfdaşlar arasında güclü ittifaq uğrunda mübarizə aparır, çünki RF bəzi Qərb ölkələrində vəziyyətin sabitliyini pozmaq üçün fəaliyyətini davam etdirir. Biz bu birlik üçün mübarizə aparırıq və Birləşmiş Ştatlar və Avropa arasında birlik naminə ciddi mübarizə aparırıq. Hesab edirəm ki, bu birliyin gücü   olmadan Putin üzərində qələbə mümkün deyil, ya da son dərəcə çətindir”, - Vladimir Zelenski qeyd edib.

Ukrayna rəhbəri hesab edir ki, hərbi və maliyyə dəstəyi ABŞ tərəfindən kəsilməyib, amma bu kömək hansısa gecikmə və ya məhdudiyyət yaşarsa gələcəkdə Ukrayna ərazilərinin itirilməsinə səbəb ola bilər. Aydındır ki, bu gün ABŞ Ukrayna üçün ən böyük yardım mənbəyidir və məhz əksər Avropa ölkələri də Ukraynaya hərbi və maliyyə yardımı edəndə ABŞ-yə baxıb hərəkət edirlər. 

ABŞ Ukraynanın müdafiə qabiliyyətinin təxminən 30%-ni təmin edir və Ukrayna bu təminatı itirsə mənfi nəticələr təkcə Ukrayna ilə məhdudlaşmayacaq. Əgər Amerika yardımı dayanarsa, bu, Avropa liderlərinə təsir edəcək və bütün koalisiyanı zəiflədəcək. Yəni, Ukrayna həm də Avropa dəstəyinin dayandırılması riskləri ilə üzləşəcək. Bu da Ukrayna üçün ərazi itkiləri riskini kəskin şəkildə artıra bilər. 

Ukrayna prezidenti hesab edir ki, o, ölkə lideri kimi Rusiyanın planlara "uyğun deyil". İşğalçılara Ukrayna hökumətinin başında bir marionet lazımdır ki, onu nəzarət  və manipulyasiya edə bilsin. Həmçinin, Rusiya Federasiyası rusiyayönlü qüvvələrin Ukrayna Ali Radasını ələ keçirməsində çox maraqlıdır.  “Müharibədən əvvəl onların bizim parlamentə təsiri var idi. Onlar ən böyük siyasi partiyalardan birinə nəzarət edirdilər. Onlar hər şeyi edirdilər ki, Ukrayna Avropa yolunu seçməsin”.

Atəşkəsə nail olunarsa Ukraynada seçkilər necə ola bilər? Əlbəttə, yeni seçkilər yalnız müharibənin qaynar mərhələsi başa çatdıqdan sonra hərbi vəziyyətin ləğvi ilə baş tutacaq. Amma Zelenskinin fikrincə, Putin də məhz bunu istəyir. Axı hərbi vəziyyət aradan qaldırılarsa, Ukrayna hərbçiləri evlərinə qayıdacaqlar və sonra Ukraynanı müdafiə edəcək heç kim olmayacaq.

Ukrayna prezidenti hesab edir ki, Putin müharibəyə son qoymağın zəruriliyini yalnız o zaman anlayacaq ki, ABŞ və ya Çin ona sərt ultimatum verəcək. Əgər ABŞ və Tramp ona desələr ki, müharibəni bitir, yoxsa Ukrayna birincini, ikincini, üçüncünü alacaq..” o zaman Putin onlara qulaq asacaq. Əgər Çin ona desə ki, “Dayan, yoxsa iqtisadi əlaqələri kəsəcəyik, banklarınıza qarşı sanksiyalar tətbiq edəcəyik, sizin şirkətləri təcrid edəcəyik, - onda qulaq asacaq".  Zelenskinin rəyinə görə, Vladimir Putin Qərblə birbaşa müharibədən qorxmur. Putinin qorxduğu yeganə şey Rusiya Federasiyasında iqtisadi kollaps və daxili  iğtişaşlardır ki, nəticədə  onun vəzifədən uzaqlaşdırılmasına səbəb ola bilər. Bu səbəblərdən biri də getdikcə artan itkilərdir.

Rusiya Ukraynaya qarşı müharibədə bu günədək böyük itkilər verib. Təxminən 300-350 min əsgər və zabit, 50- 70 min itkin, 600-700 min yaralı.  Böyük itkilərə baxmayaraq, Rusiya hələ də müharibəni bitirməyə hazır deyil və bunun əksini iddia etsə də, sülh istəmir. Kreml diktatorunun yeganə məqsədi Ukraynanı məhv etməkdir. Məqsəd Ukraynanın sadəcə olaraq mövcudluğunu dayandırmasıdır. Təsadüfi deyil ki, ABŞ prezidentinin Ukrayna və Rusiya məsələləri üzrə xüsusi nümayəndəsi Kit Kelloqun sözlərinə görə, Rusiyanı yalnız hərbi yolla məğlub etmək olmaz, çünki o, həmişə “ət müharibəsi” aparır. "Onlar buna öyrəşiblər. Yəni, bu ölkə Stalinqrad döyüşündə 6 ayda 700.000 döyüşçünü itirdi və gözlərini də qırpmadılar". Ona görə də başqa təsir üsullarından istifadə etmək lazımdır.

İlham İsmayıl

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:145
embedMənbə:https://moderator.az
archiveBu xəbər 07 Fevral 2025 14:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İran rejimi legitimliyini itirir ŞƏRH

19 Yanvar 2026 19:40see284

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see277

Faciənin 36 cı ildönümü...

20 Yanvar 2026 00:06see226

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see217

“20 yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi” DEPUTAT DANIŞDI

20 Yanvar 2026 11:56see215

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see213

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see200

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar 2026 01:46see199

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see195

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see188

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

19 Yanvar 2026 20:18see188

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

20 Yanvar 2026 02:15see177

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see168

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see162

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see157

Saça yapışan saqqızdan qurtulmağın yolları

19 Yanvar 2026 22:13see154

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see154

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

20 Yanvar 2026 11:57see152

Suriya regional güc balansını Türkiyənin xeyrinə dəyişir

19 Yanvar 2026 22:17see152

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see145
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri