Icma.az
close
up
RU
Zelenski müharibəni bitirmək istəyir: Hazırıq

Zelenski müharibəni bitirmək istəyir: Hazırıq

Azpost portalından verilən məlumata əsasən, Icma.az bildirir.

“Ukrayna NATO zəmanətlərini yalnız nəzarət etdiyi ərazilərə şamil etməyə razıdır və bunu münaqişənin diplomatik həllinə aparan yol kimi görür”.

“Report” xəbər verir ki, bu fikri amerikalı jurnalist Leks Fridmana müsahibəsində Ukrayna Prezidenti Volodimir Zelenski deyib.

“NATO Ukraynanın nəzarətində olan hissədə fəaliyyət göstərə bilər. Bununla razılaşa bilərikmi? Mən əminəm ki, belədir. Bu, bizim üçün o qədər də böyük uğur deyil, amma müharibəni diplomatik yolla bitirmək yolunu görürüksə, deməli, bu, birincidir. İkincisi, hərbi yardımıdır”, – deyə o vurğulayıb.

Eyni zamanda, Zelenski əlavə edib ki, hətta atəşkəs üçün Kiyevə Ukraynanın nəzarətində olan ərazinin təhlükəsizliyinə zəmanət lazım olacaq.

“Söhbət atəşkəsdən gedirsə, o zaman aydın başa düşməliyik ki, nəzarət etdiyimiz ərazilər üçün təhlükəsizlik təminatları var”.

Söhbət əsnasında Fridman Ukraynada münaqişəyə son qoymaq üçün sazişlərin bağlanmasını arzuladığını deyib və mümkün tarix kimi 25 yanvarı qeyd edib. Yanvarın 20-də ABŞ prezidentliyinə keçdikdən sonra dərhal nizamlanmaya nail olmaq niyyətində olduğunu dəfələrlə bəyan edən Donald Trampın andiçmə mərasimi keçiriləcək.

Ukrayna lideri isə vurğulayıb ki, rəsmi Kiyev yanvarın sonunda ABŞ və Avropa ölkələri ilə münaqişənin həlli ilə bağlı danışıqlar aparmağa hazırdır:

“Əvvəla, düşünürəm ki, yanvarın 25-də və ya başqa bir gündə – siz bunu sadəcə 25 yanvar adlandırırsınız və buna etiraz etmirəm, biz ilk növbədə Trampla oturacağıq. Müharibəni necə dayandırmaq barədə onunla razılaşırıq. İkincisi Avropadır, çünki biz Avropanın bir hissəsiyik və Avropanın da söz sahibi olması bizim üçün çox vacibdir. Bundan sonra artıq ruslarla söhbət ola bilər”.

Onun sözlərinə görə, ABŞ-nin yeni seçilmiş Prezidenti Donald Tramp Ukraynaya təyyarə ilə səfər edən ilk lider ola bilər.

Eyni zamanda, bu söhbətlər nəticəsində Ukraynanın NATO-ya üzvlüyünü nəzərdə tutmayan sazişin imzalanmasının mümkün olub-olmaması ilə bağlı aydınlaşdırıcı suala cavab olaraq, Zelenski birmənalı cavab verməsə də, Budapeşt Memorandumunun imzalanması zamanı belə bir cəhdin edildiyini və uğursuzluqla başa çatdığını qeyd edib: “Ukraynanın nüvə silahı var idi. Bunun yaxşı və ya pis olduğunu mühakimə etmək istəmirəm. Bu gün bizdə olmaması pisdir”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:239
embedMənbə:https://azpost.info
archiveBu xəbər 06 Yanvar 2025 06:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see305

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see289

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see274

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see272

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see245

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see234

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see231

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see216

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see216

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see213

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see211

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see209

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see207

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see203

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see198

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see195

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see187

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see184

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see183

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri