Zelenski: Müzakirələrdə yer alan bəzi məsələlər Ukraynanın mövqeyinə ziddir
Icma.az, Apa.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Çoxsaylı məsələlərdə həqiqətən irəliləyiş əldə olundu, lakin əldə etdiyimiz nəticələri qarşı tərəfin necə qəbul edəcəyini bilmirəm, amma vacib olan odur ki, biz eşidildik.
APA xəbər verir ki, bunu Berlində səfərdə olan Ukrayna Prezidenti Volodimir Zelenski Almaniya Kansleri Fridrix Merz ilə birgə mətbuat konfransında deyib.
Müzakirələrdə yer alan bəzi məsələlərin Ukraynanın mövqeyinə zidd olduğunu vurğulayan Zelenski onları sənədlərin yeni versiyalarında görmək istəmədiyini bildirib:
“Mənim üçün Ukraynanın ləyaqəti və ərazi məsələləri çox əhəmiyyətlidir. Bu, əlbəttə ki, çox ağrılı məsələdir. Rusiya çox şey istəyir. Bu, çox uzun bir dialoqdur. Biz onların nə istədiyini çox yaxşı anlayırıq. İnsanlar buna inana bilər, ya da inanmaya bilər. Amma biz tam dəqiq bilirik ki, onlar nə istəyirlər”.
Görüşdə Ukraynanın mövqeyinin ABŞ tərəfinə aydın şəkildə çatdırıldığını deyən dövlət başçısı deyib ki, amerika tərəf vasitəçi kimi müxtəlif addımlar təklif edəcək ki, müəyyən konsensus əldə olunsun:
"Ümid edirəm ki, bu məsələlərdə ABŞ öz vasitəçilik rolunu davam etdirəcək. Bu, bizim üçün perspektivli olar”.
Baxış sayı:78
Bu xəbər 16 Dekabr 2025 01:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















