Zelenski NATO ilə bağlı mövqeyini dəyişdi geosiyasi reallıqlar ön plana çıxır
Icma.az, Dogru.az saytına istinadən bildirir.
Ukrayna Prezidenti Vladimir Zelenski ölkəsinin Şimali Atlantika Alyansına (NATO) qoşulmaq istəklərindən imtina etdiyini bəyan edərək mövcud geosiyasi reallıqları etiraf edib.
Doğru.az xəbər verir ki, bu barədə Britaniyanın “UnHerd” nəşrində dərc olunan məqalədə qeyd olunur. Nəşr vurğulayır ki, Zelenskinin səsləndirdiyi mövqe sadəcə güzəşt kimi qiymətləndirilməməlidir. Bildirilir ki, bu addım daha çox beynəlxalq siyasi vəziyyətin qəbul edilməsi və real şərtlərin nəzərə alınması kimi dəyərləndirilməlidir.
“Zelenskinin təklifi kompromisdən daha çox geosiyasi reallığın tanınmasıdır”, – deyə məqalədə qeyd olunur.
Xatırladaq ki, daha əvvəl Almaniyanın “Bild” qəzeti mənbələrə istinadən Kiyevin NATO üzvlüyündən imtina etməsi və ölkədə seçkilərin keçirilməsi ehtimalını istisna etmədiyini yazmışdı.
DOĞRU.AZ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:52
Bu xəbər 16 Dekabr 2025 18:41 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















