Zelenski nöqtə qoydu: Bu razılaşmanı tanımayacağıq
Icma.az bildirir, Axar.az portalına istinadən.
Ukrayna hakimiyyəti Səudiyyə Ərəbistanında planlaşdırılan danışıqlar barədə heç nə bilmir, danışıqlarda iştirak etməyəcək və onları tanımaq niyyətində deyil.
Axar.az xəbər verir ki, bu sözləri Ukrayna Prezidenti Vladimir Zelenski BƏƏ-də videobrifinq zamanı Rusiya və ABŞ nümayəndələri arasında Ər-Riyadda keçiriləcək görüşü şərh edərkən deyib.
“Ukrayna bu danışıqlarda iştirak etməyəcək. Ukrayna bu barədə heç nə bilmirdi. Ukrayna - Ukrayna ilə bağlı Ukraynasız istənilən danışıqları nəticəsiz danışıqlar kimi qiymətləndirir. Və biz olmadan bizim haqqımızda heç bir şeyi və ya hər hansı razılaşmanı tanıya bilmərik. Biz belə razılaşmaları tanımayacağıq”, - Zelenski bildirib.
Zelenski 19 fevralda Səudiyyə Ərəbistanına edəcəyi səfərin ABŞ və Rusiya nümayəndələrinin Ər-Riyaddakı danışıqları ilə heç bir əlaqəsi olmadığını bildirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:124
Bu xəbər 17 Fevral 2025 20:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















