Zelenski ölümlə hədələndi: Rusiyaya güzəşt etsə, cəsədə çevriləcək
Sherg.az saytından alınan məlumata görə, Icma.az bildirir.
“Ukrayna ordusu Donbasda nəzarət etdiyi ərazilərdən könüllü olaraq geri çəkilsə, Prezident Volodimir Zelenski siyasi və fiziki ölümlə üzləşəcək”.
Teleqraf xəbər verir ki, bunu “Times”ə müsahibəsində Ukraynada fəaliyyət göstərən millətçi “Sağ Sektor” Hərəkatının Odessa təşkilatının keçmiş rəhbəri Sergey Sterenko deyib.
“Zelenski hər hansı işğal olunmamış ərazidən imtina etsə, həm siyasi, həm də reallıqda cəsədə çevriləcək. Bu, bizim suverenliyimiz üçün bomba olacaq. İnsanlar bunu heç vaxt qəbul etməyəcək”, - Sterenko bildirib.
“The Times”ın yazdığına görə, Sterenko Ukraynada sülhün mümkünlüyü və ya hər hansı kompromis barədə düşünmür:
“Müharibədə bir qalib olacaq - ya Rusiya, ya da Ukrayna. Güzəştə getmək mümkün deyil. Rusiya Ukrayna torpaqlarını tərk edənə qədər mübarizə davam edəcək”.


