Zelenski Paris görüşündən danışdı: Ukrayna üçün konkret yeni müdafiə paketləri var
Turkstan.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Avropa liderlərinin Paris görüşündə əsas mövzular Ukraynanı gücləndirmək və sülh üçün Rusiyaya təzyiq göstərmək olub.
Turkustan.az xəbər verir ki, bunu Telegram -da Ukrayna Prezidenti Vladimir Zelenski bildirib .
"Ukraynanın gücləndirilməsi, sülh naminə Rusiyaya təzyiq göstərmək, birgə təhlükəsizlik addımlarının razılaşdırılması - Avropa liderlərinin Paris görüşündə əsas mövzular bunlar olub. Avropa özünü necə müdafiə edəcəyini mütləq bilir və biz dövlətimizə və bütün Avropa xalqlarına daha böyük təhlükəsizliyi təmin etmək üçün birlikdə çalışırıq"-deyə, Zelenski qeyd edib.
Dövlət başçısı Ukrayna üçün konkret yeni müdafiə paketlərinin olduğunu da vurğulayıb.
"Xüsusən, Fransa 2 milyard avro dəyərində müdafiə paketi hazırlayıb. Biz razılaşdıq ki, müharibəyə görə Rusiyaya qarşı sanksiyalar təcavüz davam etdiyi müddətdə qüvvədə qalsın. Biz sülhü təmin etmək üçün konkret güclü addımlar atmaq istəyən və edə bilən dövlətlərin hərbi nümayəndələrinə görüşlər keçirməyi və müvafiq detalları işləməyi tapşırdıq"-deyə, Zelenski vurğulayıb.
Aytən Yaşar/ Turkustan.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:124
Bu xəbər 28 Mart 2025 19:09 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















