Zelenski Prezidentlə görüşünü paylaşdı Video
Qafqazinfo saytından alınan məlumata görə, Icma.az bildirir.
Xəbər verdiyimiz kimi, oktyabrın 2-də Danimarkanın paytaxtı Kopenhagendə “Avropa Siyasi Birliyi”nin 7-ci zirvə toplantısı çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevin Ukrayna lideri Volodimir Zelenski ilə görüşü olub.
“Qafqazinfo”nun məlumatına görə, Zelenski Əliyevlə baş tutan görüşü haqda sosial şəbəkə hesabında paylaşım edib.
Ukrayna Prezidenti paylaşımında İlham Əliyevə Ukraynanın suverenliyi və ərazi bütövlüyünə göstərdiyi prinsipial və ardıcıl dəstəyə görə təşəkkür edib. Onun sözlərinə görə, tərəflər Ukraynada ədalətli sülhün əldə olunması üçün diplomatik səylər, enerji sahəsində əməkdaşlıq və mümkün müdafiə tərəfdaşlığı barədə müzakirələr aparıblar. Dövlət başçıları gələcək əlaqələrin davam etdirilməsi barədə də razılığa gəliblər. Sonda Ukrayna lideri Azərbaycana göstərdiyi dəstəyə görə minnətdarlığını bildirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:88
Bu xəbər 02 Oktyabr 2025 19:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















