Zelenski: Putin bundan qorxur
Hurriyyet portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
“Vladimir Putin ABŞ-nin Ukraynanı “Tomahavk” raketləri ilə təchiz etmək ehtimalından qorxur.
Hurriyyet.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ Prezidenti Donald Trampla Ağ Evdə görüşdən sonra “NBC News”a müsahibəsində deyib.
“Düşünürəm ki, Putin ABŞ-nin bizi “Tomahavk”larla təmin edəcəyindən qorxur. Məncə, o, həqiqətən də bundan qorxur”, - Ukrayna lideri bildirib.
Zelenskinin sözlərinə görə, Ağ Evdə iki saat davam edən danışıqlarda Ukrayna tərəfi yenidən uzaqmənzilli silahlar məsələsini gündəmə gətirib.
“Prezident Trampın “yox” deməməsi yaxşı haldır, amma “hə” də demədi”, - Ukrayna Prezidenti əlavə edib.
Teleqraf.az

“Putin danışıqlardan qorxur” Zelenski
29 Yanvar 2025 09:48
“Putin Amerikadan qorxur” Zelenski
16 İyul 2025 15:13
Zelenski: “Putin ABŞ dən qorxur” VİDEO
16 İyul 2025 15:51
“Putin mənimlə üz üzə görüşməkdən qorxur” Zelenski
14 May 2025 10:18
Zelenski: Putin mənimlə birbaşa danışıqlar aparmaqdan qorxur
13 May 2025 20:36

