Icma.az
close
up
RU
Menu

Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib

Dövlət İdarəçilik Akademiyasının tələbəsi binadan necə yıxılıb? təfərrüat (Video)

Azərbaycan və Aİ Orta Dəhlizin inkişafı ilə bağlı razılığa gəldi

AZAL ın ötənilki qazancı açıqlandı 1,2 milyard manat!

Azərbaycan Ermənistan dialoqunda yeni mərhələ: 6 komitə yaradılır

Filarmoniyada Dövlət Mahnı və Rəqs Ansamblının konserti təqdim olunub (Foto)

ADU Çinin Sincan Maliyyə və İqtisad Universiteti ilə Anlaşma Memorandumu imzaladı FOTO

Gündə 5 ədədi qanda şəkəri sala bilər

İncəsənət məktəblərinə 199 yeni müəllim qəbul olunub

Kəmalə Qaramollayeva Heydər Əliyev Sarayında möhtəşəm konsert proqramı ilə çıxış etdi FOTO

Göbələkdən düzəltdiyi qayıqla okeana çıxdı

Lavrov ABŞ ı Avropaya nümunə göstərdi: “Siyasi yetkinlik nümayiş etdirirlər” Video

“Milan“ səfərdə “Olimpiakos“a qalib gəlib

Şöhrətin zirvəsindən uçuruma: Hər şeyini itirən məşhurlar haqqında 7 film

Bu şokolad apteklərdə reseptlə veriləcək YE, ARIQLA

İçində partlayıcı olan deserti yeyən kişi öldü

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

Azərbaycanda fabrik direktoru vəfat etdi

Duş qəbul etmək üçün ən doğru vaxt hansıdır? Mütəxəssis AÇIQLADI

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

Zelenski Putin üzərində ilk ciddi qələbəsini qazandı: İndi ABŞ və Qərb Rusiyanı tək hədəfə çevirməyə məcburdur

Zelenski Putin üzərində ilk ciddi qələbəsini qazandı: İndi ABŞ və Qərb Rusiyanı tək hədəfə çevirməyə məcburdur

Hurriyyet saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

ABŞ prezident Donald Trampın Ukrayna savaşının dayandırılması ilə bağlı planları tamamilə iflasa uğramaq üzrədir... İndi yaranan situasiya Kreml üçün daha riskli xarakter daşıyır, çünki Rusiyanın qlobal "dəyişməz aqressor" imici möhkəmlənir...

Rusiyanın manipulyativ manevrləri Ukrayna savaşı ətrafında yaranmış situasiyanı daha da qəlizləşdirir. Belə ki, Ağ Ev sahibi Donald Tramp prezident Vladimir Putinə atəşkəs və ya sülh anlaşması üçün möhlət vermişdi. Anlaşma olmayacağı təqdirdə isə Rusiyanı dağıdıcı sanksiyalar ilə təhdid etmişdi. Prezident Vladimir Putin isə həmin möhlətin bitməsinə qısa bir müddət qalmış Ağ Ev sahibi Donald Trampa görüş təklif etdi. Və bununla da Ukrayna savaşının dayandırılması prosesi "siyasi labirintə" çevrilmiş oldu.

Onu da qeyd etmək lazımdır ki, Ağ Ev sahibi Donald Tramp Alyaska görüşündən öncə prezident Vladimir Putinin onu növbəti dəfə aldada biləcəyini qətiyyən istisna etmirdi. Əslində, Kreml sahibi ABŞ prezidentini haqlı çıxartdı. Belə ki, əvvəlcə sülhə razı olduğunu bildirdi, ardınca isə Ukrayna və NATO üzvü olan Avropa dövlətləri tərəfindən qəbul edilməyəcıyinə əvvəlcədən əmin olduğu "şərtlər" irəli sürdü. Və bununla da bütün xarici siyasətini əsasən, iqtisadi-ticari faktorlar üzərindən yürüdən prezident Donald Trampı çətin vəziyyətə salmağı bacardı.

Məsələ ondadır ki, prezident Donald Tramp üçün Alyaskada Kreml sahibi Vladimir Putin ilə əldə etdiyi müəmmalı anlaşma keçərli olduğundan Rusiyaya qarşı dağıdıcı sanksiyalarla bağlı vədini xatırlamağa hələlik tələsmir. Bunun əvəzində prezident Donald Tramp son sülh ümidi olaraq, Zelenski-Putin görüşünün keçirilməsini gündəmə gətirməyə çalışır. Və nə qədər qəribə də olsa, Rusiya siyasi dairələri Ağ Ev sahibinin bu təklifinə də əvvəlcədən hazırlanmış kimi görünürlər.

Maraqlıdır ki, prezident Vladimir Putin Ukrayna lideri Volodimir Zelenski ilə məhz Rusiya paytaxtı Moskvada görüşməyə hazır olduğunu bildirib. Halbuki, bu, olduqca absurd təklifdir. Çünki əraziləri işğal olunmuş dövlətin lideri işğalçı ölkənin paytaxtına sülh danışıqları üçün getməz. Hər halda, işğalçının ərazisində keçirilən sülh danışıqlarında üstünlüyün hansı tərəfdə olacağını elə əvvəlcədən təxmin etmək çətin deyil. Və Ukrayna lideri ilə görüşdə maraqlı olmayan prezident Vladimir Putin də bunları bildiyi üçün məhz belə hiyləgər variantı gündəmə gətirmişdi.

Ancaq əsas önəmli məqam ondan ibarətdir ki, Kremlin hiyləgərliyi uzun müddət gündəmi və geopolitik şərtləri təyin edə bilməz. İndi Qərbdə prezident Vladimir Putinin hiyləgər manevrlərini bir-birinin ardınca boşa çıxartmaq istiqamətində əks addımlar atılmağa başlayıb. Və bu, onu göstərir ki, Rusiyanın müxtəlif bəhanələr üzərindən manipulyativ oyunları tədricən öz effektini itirməyə məhkumdur.

Xüsusilə də, Ukrayna prezidenti Volodimir Zelenskinin Kreml sahibi Vladimir Putinlə mümkün ikitərəfli görüşə hazır olduğunu bəyan etməsi situasiyanı dəyişməyə başlayıb. Belə ki, Ukrayna lideri bildirib ki, bu görüş yalnız neytral Avropa ölkəsində və ya Türkiyədə keçirilə bilər. O, İsveçrə və Avstriyanı mümkün variantlar kimi göstərib, Türkiyənin isə həm NATO üzvü, həm də Avropanın bir hissəsi olduğunu vurğulayıb. Və Ukrayna lideri görüş yeri kimi Rusiya paytaxtı Moskvanı qətiyyətlə istisna edib.

Digər tərəfdən, prezident Volodimir Zelenski yalnız görüş üçün Kremlin təklif etdiyi məkan seçimini deyil, həm də Rusiyanın neoimperialist "sülh şərtləri"ni də birmənalı şəkildə rədd edib. O, bildirib ki, rəsmi Kiyev ərazi mübadiləsinə, eləcə də, Ukrayna torpaqlarının Rusiyaya verilmə variantlna heç bir halda, razılıq verməyəcək. Eyni zamanda, prezident Volodimir Zelenski Kremlin israr etdiyi Ukraynada rus dilinə rəsmi status verilməsi tələbinə də etiraz edib. O, bildirib ki, Ukraynada yalnız bir dövlət dili – ukrayna dili mövcuddur.

Prezident Volodimir Zelenski, həmçinin, Rusiya ordusunun Ukraynanın Sumı və Xarkov vilayətlərini ələ keçirə bilməyəcəyini bildirib. O, bir neçə ay ərzində Rusiya qoşunlarının Sumını tərk edəcəyinə inandığını və Xarkovun da “ələ keçirilməz” olduğunu vurğulayıb. Ən əsası isə Kremlin bütün Donbas üzərində tam nəzarət qurması üçün hələ illərə ehtiyacı olacağını iddia edib. Və bütün bunlar həm daxili auditoriya ilə yanaşı, həm də Qərbdəki tərəfdaşlara Ukraynanın müqavimət əzmini göstərməyi hədəfləyir.

Təbii ki, rəsmi Kiyevin bu qətiyyətli mövqeyinə Qərbin, xüsusilə də, ABŞ-ın necə reaksiya verəcəyi Ukrayna savaşının gələcək taleyini müəyyən edə bilər. ABŞ-ın vitse-prezidenti Vensbildirib ki, “Ukrayna təhlükəsizlik zəmanətləri, Rusiya isə onun ərazilərini istəyir”. Bu yanaşma Ukrayna savaşının əsas siyasi-diplomatik dilemmasını təşkil edir. Vitse-prezidentin sözlərinə görə, Ukrayna gələcəkdə yenidən işğal olunmayacağına dair zəmanət tələbində israrlıdır. edir.

Eyni zamanda, Ağ Ev təmsilçisi vurğulayıb ki, prezident Donald Tramp təhlükəsizlik zəmanətlərinin təmin edilməsində Avropadan liderlik gözləyir. ABŞ-ın mövqeyinə görə, əsas yük Avropanın üzərində qalacaq. Çünki münaqişə məhz onların qitəsində baş verir və Avropanın təhlükəsizliyi birbaşa risk altındadır. Bu yanaşma həm ABŞ-ın maliyyə və hərbi öhdəliklərini azaltmaq məqsədi daşıyır, həm də NATO daxilində məsuliyyət bölgüsünü qabardır.

Göründüyü kimi, mövcud situasiyanın yalnız bir geopolitik ssenari üzrə inkişaf etməsi qətiyyən mümkün deyil. Belə ki, rəsmi rəsmi Kiyev Kremllə birbaşa anışıqlara razı olsa da, görüş məkanı ilə bağlı alternativ təkliflərə malikdir. Rəsmi Kiyev hesab edir ki, İsveçrə və Avstriya neytrallıq imicinə görə münasib variantlardır, Türkiyə isə həm NATO üzvü, həm də Rusiya ilə əlaqələri saxlayan vasitəçi ölkə statusu baxımından real alternativ kimi görünür. Macarıstan paytaxtı Budapeştin isə prezident Volodimir Zelenski tərəfindən rədd edilməsi Qərbdəki daxili parçalanmanın göstəricisidir.

Beləliklə, rəsmi  Kiyev güzəştə getmədiyini, bütün işğal olunmuş əraziləri Ukrayna ərazisi hesab etdiyini açıq şəkildə bəyan edir. Halbuki, Kreml Rusiya üçün əsas məqsədini məhz ərazi qazancları ilə müəyyənləşdirib. Ancaq prezident Volodimir Zelenskinin açıqlamalarından da görünür ki, Rusiya üçün Donbası tam işğal etmək uzunmüddətli, riskli və xərcli proses olacaq. ABŞ isə diplomatik xəttini dəyişərək, Avropanı daha çox məsuliyyət götürməyə çağırır. Bu, həm Tramp administrasiyasının “əvvəlcə Amerika, sonra digərləri” siyasəti ilə uzlaşır, həm də Avropa təhlükəsizlik arxitekturasının gələcəkdə yenidən qurulmasını qaçılmaz edir.

Bütün bunlar onu göstərir ki, prezident Donald Trampın Ukrayna savaşının dayandırılması ilə bağlı planları tamamilə iflasa uğramaq üzrədir. Üstəlik, Rusiyanın manipulyativ manevrləri ucbatından Alyaska prosesin uğur qazanmadığı da artıq qətiyyən şübhə doğurmur. Əslində, Kremldə bundan o qədər də məmnun deyillər. Çünki indi yaranan situasiya Rusiya üçün daha riskli xarakter daşıyır. Rusiyanın qlobal "dəyişməz aqressor" imici möhkəmlənir. İkinci Tramp-Putin anlaşmasının da pozulması ilə ABŞ və Qərb üçün Ukraynanın bütün istiqamətlər üzrə tam dəstəklənməsindən başqa real çıxış yolu qalmamış kimi görünür. \\Musavat.com

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:149
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 21 Avqust 2025 22:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib

26 Noyabr 2026 22:05see342

Dövlət İdarəçilik Akademiyasının tələbəsi binadan necə yıxılıb? təfərrüat (Video)

26 Noyabr 2026 22:31see331

Azərbaycan və Aİ Orta Dəhlizin inkişafı ilə bağlı razılığa gəldi

26 Noyabr 2026 19:36see318

AZAL ın ötənilki qazancı açıqlandı 1,2 milyard manat!

26 Noyabr 2026 22:21see315

Azərbaycan Ermənistan dialoqunda yeni mərhələ: 6 komitə yaradılır

26 Noyabr 2026 19:50see304

Filarmoniyada Dövlət Mahnı və Rəqs Ansamblının konserti təqdim olunub (Foto)

26 Noyabr 2026 18:52see303

ADU Çinin Sincan Maliyyə və İqtisad Universiteti ilə Anlaşma Memorandumu imzaladı FOTO

26 Noyabr 2026 17:46see295

Gündə 5 ədədi qanda şəkəri sala bilər

26 Noyabr 2026 20:41see275

İncəsənət məktəblərinə 199 yeni müəllim qəbul olunub

26 Noyabr 2026 18:16see275

Kəmalə Qaramollayeva Heydər Əliyev Sarayında möhtəşəm konsert proqramı ilə çıxış etdi FOTO

26 Noyabr 2026 21:06see270

Göbələkdən düzəltdiyi qayıqla okeana çıxdı

26 Noyabr 2026 18:03see268

Lavrov ABŞ ı Avropaya nümunə göstərdi: “Siyasi yetkinlik nümayiş etdirirlər” Video

26 Noyabr 2026 21:58see267

“Milan“ səfərdə “Olimpiakos“a qalib gəlib

27 Noyabr 2026 00:14see263

Şöhrətin zirvəsindən uçuruma: Hər şeyini itirən məşhurlar haqqında 7 film

26 Noyabr 2026 18:26see261

Bu şokolad apteklərdə reseptlə veriləcək YE, ARIQLA

26 Noyabr 2026 20:35see257

İçində partlayıcı olan deserti yeyən kişi öldü

26 Noyabr 2026 22:26see254

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see235

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see222

Duş qəbul etmək üçün ən doğru vaxt hansıdır? Mütəxəssis AÇIQLADI

27 Noyabr 2026 11:31see217

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see206
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri