Zelenski Putin və Trampla görüşündən danışdı: Hansı ölkələrdə keçirilməsini istəmədi?
Oxu.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Ukrayna Prezidenti Volodimir Zelenski rusiyalı həmkarı Vladimir Putinlə Rusiya və Belarusda görüşməkdən imtina edib.
Bu barədə Oxu.Az Rusiya KİV-ə istinadən xəbər verir.
Məlumata görə, Zelenski ABŞ prezidentinin xüsusi elçisi Stiv Uitkoffla potensial üçtərəfli görüşü müzakirə edib.
Ukrayna liderinin sözlərinə görə, Budapeşt onun üçün problem deyil. Məsələ sadəcə Macarıstanın Baş naziri Viktor Orban və onun Kiyevə qarşı siyasətindədir.
"Əgər nəticələr əldə edilərsə, qoy danışıqlar istənilən yerdə keçirilsin. Bizim məqsədimiz müharibənin sona çatmasıdır. Harada olmasının fərqi yoxdur. Demək olar ki, fərqi yoxdur - Rusiyada olmasın, əlbəttə ki, və Belarusda da olmasın", - deyə Volodimir Zelenski qeyd edib.
Baxış sayı:61
Bu xəbər 28 Oktyabr 2025 19:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















