Zelenski: Putin yaan danışır, Kursk bölgəsində hərbçilərimiz mühasirəyə alınmayıb
Icma.az, Mia.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
"Rusiyanın müharibəsinə son qoymaq üçün qəti tədbirlər görülməlidir".
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu sözləri Ukrayna prezidenti Vladimir Zelenski sosial media hesabında yazıb.
O, Rusiya-Ukrayna müharibəsinə son qoymaq üçün Moskvaya qarşı daha sərt sanksiyalara ehtiyac olduğunu təkrarlayıb: "Rusiyanın sülhə doğru addımlar atmağa yalnız təzyiqlər məcbur edə bilər. Dünya liderləri Rusiyaya qarşı sanksiyaları artırmalıdır".
Zelenski Rusiyanın iddia etdiyinin əksinə olaraq, Kursk vilayətində Ukrayna hərbçilərinin mühasirədə olmadığını deyib: "Rusiya prezidenti Vladimir Putin Kursk bölgəsində baş verənlərlə bağlı yalan danışır. Ukraynalı hərbçilərin Kursk bölgəsində mühasirəyə alınmasından söhbət gedə bilməz”.
Ukrayna lideri ABŞ və Rusiya rəsmiləri arasında Moskvada keçirilən görüşdə nəyin müzakirə olunduğunu dəqiq bilmədiyini də etiraf edib: "Lakin bildiyim budur ki, Rusiyanın prosesi uzatmaqla Ukraynanı çətin vəziyyətə salmaq istəyir".
Zülfiyyə Mustafayeva
MİA.AZ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:142
Bu xəbər 15 Mart 2025 23:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















