Icma.az
close
up
RU
Zelenski Putinə meydan oxudu: Hücumların ardı var, Kremli məcbur edəcəyik

Zelenski Putinə meydan oxudu: Hücumların ardı var, Kremli məcbur edəcəyik

Icma.az, Olke.az portalına istinadən məlumat yayır.

Əminəm ki, Rusiyanı ağır itkilərə məruz qoyub hərbi potensialını zəiflətməklə real diplomatiya ilə razılaşmağa məcbur etmək olar.

Ölkə.az xəbər verir ki, bunu Ukrayna prezidenti Volodimir Zelenski Buxarest Doqquzluğu və Şimali Avropa ölkələrinin Vilnüs sammitində deyib.

"Bu, xüsusi məqamdır. Bir tərəfdən Rusiya yay hücumuna başlayıb, digər tərəfdən isə diplomatiya ilə məşğul olmağa məcburdur. Bu, bizim hamımız üçün həm çağırış, həm də real fürsətdir. Bu, bu müharibəni bitirməyə çalışmaq üçün bir şansdır", - Zelenski bildirib.

O bildirib ki, Ukrayna üçün əsas prioritet hələ də onun müdafiəsini dəstəkləməkdir.

Avropa və ABŞ-nin birlikdə Rusiyadan daha yaxşı silahlara malik olduğunu qeyd edən Zelenski bildirib ki, onların daha güclü taktiki həlləri də var. "Pautin" əməliyyatımız bunu dünən sübut etdi. Rusiya itki vermənin nə demək olduğunu dərk etməlidir. Bu, onu diplomatiyaya doğru sövq edəcək", - Zelenski vurğulayıb.

Onun sözlərinə görə, Rusiyanın müharibədə itkiləri Ukraynanın təkcə özünü deyil, bütün Avropanı müdafiə etdiyini göstərir.
"Kəşfiyyat xidmətlərinizdən soruşun - Rusiya bu yay Belarusda nə planlaşdırır? Əgər onlar oradan hücumlar hazırlamaq üçün kifayət qədər cəsarətlidirlərsə, o zaman birlikdə daha çox gücə ehtiyacımız var", - Zelenski vurğulayıb.

Zelenski hesab edir ki, Ukraynanı gücləndirməklə müharibəni dayandıra və onun genişlənməsinin qarşısını almaq olar.  "Silah istehsalı buna görə də vacibdir", - Zelenski vurğulayıb.

O eyni zamanda xatırladıb ki, Ukrayna təcili olaraq hava hücumundan müdafiə sistemini, xüsusən də onlar üçün Patriot sistemlərini və raketlərini gücləndirməlidir. 

Qeyd edək ki, Ukrayna tərəfinin həyata keçirdiyi “Pautin” əməliyyatı zamanı Rusiyanın 41 təyyarəsini, o cümlədən A-50, Tu-95, Tu-22 M3 və Tu-160 döyüş  təyyarələri məhv edilib.

Mürtəza
Ölkə.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:198
embedMənbə:https://olke.az
archiveBu xəbər 02 İyun 2025 17:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see351

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see283

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see262

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see246

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see244

Avropa İttifaqı ilə Yüksək Səviyyəli Nəqliyyat Dialoqu iclası

28 Noyabr 2026 13:40see231

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see226

Vatikan kitabxanaları ilə əməkdaşlıq

28 Noyabr 2026 14:45see224

İran “MDB+” formatına qoşulmaqla nə qazanacaq?

28 Noyabr 2026 16:44see223

Anar Bayramov Lənkəran Rayon Mərkəzi Xəstəxanasının fəaliyyəti ilə tanış olub

28 Noyabr 2026 11:01see222

Xərçəngin müalicəsi üçün yeni preparat hazırlandı

28 Noyabr 2026 09:05see220

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (28.11.2026)

28 Noyabr 2026 09:34see219

Dünyada cəmi bir ədəd qalan ağacı qorumaq üçün kəndirlə bağladılar

28 Noyabr 2026 00:39see217

Yeni Klinikada KT cihazı niyə işləmir? Rəsmi açıqlama

28 Noyabr 2026 20:12see213

Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir

29 Noyabr 2026 05:06see213

Yerli biznes üçün əlavə gəlir mənbəyi: Yeni qayda nəyi dəyişəcək?

28 Noyabr 2026 12:32see202

Valideynlərinə 5000 manat ziyan vuran oğul saxlanıldı

28 Noyabr 2026 17:55see197

Sultan IV Mehmetin krala göndərdiyi məktub üzə çıxdı

29 Noyabr 2026 08:01see195

Spotify bu ölkədə bağlanır

28 Noyabr 2026 00:43see187

PAŞİNYAN RUSİYANI ERMƏNİSTAN SƏRHƏDLƏRİNDƏN ÇIXARIR Moskva nə edəcək?

28 Noyabr 2026 17:02see187
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri