Icma.az
close
up
RU
Zelenski rolunu səhv oynadı Tramp heç vaxt gözləməzdi ki…

Zelenski rolunu səhv oynadı Tramp heç vaxt gözləməzdi ki…

Turkstan.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Xəbər verdiyimiz kimi, ABŞ Prezidenti Donald Tramp Ukraynaya yardımı dayandırıb. Ağ Evdən verilən məlumata görə, Ukrayna Prezidenti Volodimir Zelenski bazar ertəsi müraciətində deyib ki, ölkəsinin real, ədalətli sülhə, eləcə də Rusiyanın gələcəkdə Ukraynaya yenidən təhlükə yaratmayacağına dair təhlükəsizlik zəmanətlərinə ehtiyacı var.

Bu yardımlar nədən ibarət idi? Sonrakı mərhələdə Ukraynanın taleyi necə olacaq?

Globalinfo.az-a danışan politoloq Tofiq Abbasov deyib ki, ABŞ Ukraynaya maliyyə, silah-sursat yardımı verirdi:

“ABŞ-ın siyasi dəhlizlərində Ukraynaya mənəvi, siyasi dəstək də verilirdi. Hazırda bu istiqamətlərin hamısında Donald Tramp və Volodimir Zelenski görüşündən sonra ABŞ lideri 180 dərəcə əks mövqe sərgiləməyə başlayıb. Söz güləşində Zelenski bir qədər həddini aşdığı üçün belə vəziyyət yarandı. Tramp görüşün təşkilatçısı kimi belə bir qarşıdurmanın olacağını təxmin edə bilməmişdi. Zelenski böyük bir məsuliyyəti ABŞ-ın üzərinə atmağa çalışdı. Yəni rəsmi Vaşinqton 1 nömrəli dövlətdir və Ukraynaya yardım etməyə borcludur. Bu ton keçərli deyil. Birincisi, heç kim kiməsə məcbur kömək etməyə borclu deyil, ikincisi, ABŞ həqiqətən də Ukraynaya böyük məbləğdə yardım göstərmişdi. Doğrudur, söhbəti edilən 350 milyardın böyük bir hissəsi “yuyulub”. Demokratiyanın “cibində” yer alıb.

Trampın tələbləri və iddiaları isə haqlıdır. O bildirdi ki, Ukrayna ABŞ-ı ittiham etmək üçün heç bir ixtiyara sahib deyil. Burada üçüncü tərəfin də mövcudluğu hiss olunurdu. Bu Avropa İttifaqı (Aİ) idi”.

Politoloqun sözlərinə görə, Avropa İttifaqı qəsdən Volodimir Zelenskini belə rola hazırlamışdı:

“Aİ Zelenskini ABŞ-dan yardım almağa göndərmişdi. Amma Zelenski yolverilməz formada öz rolunu icra etdi. Nəticədə Donald Trampın qəzəbinə tuş gəldi. Ardınca Volodimir Londona yollandı. Burada Britaniyanın rəhbərliyi altında yeni ssenarinin işlənməsinə qərar verilir. Sözügedən ssenarinin məqsədi ondan ibarətdir ki, Ukrayna-ABŞ münasibətləri yumşalsın. Avropa liderləri onu bu addımına görə, qınadılar. Trampdan üzr istəməli olduğunu bildirdilər. Donald Tramp da üzr istənilməsinin vacib olduğunu vurğulayıb. Lakin bunun olub-olmayacağı hələ məlum deyil.
Ukrayna Prezidenti Volodimir Zelenskinin Trampdan üzr istəməsi fonunda ABŞ-ın rəsmi Kiyevə dəstəyi davam etdirəcəyini söyləmək olmaz”.


Tofiq Abbasov

Tofiq Abbasovun fikrincə, Zelenski ABŞ-da söz sahibi olacağını düşünürdü:

“ABŞ istənilən halda söz sahibidir. Gündəmdə problemlər yaşayan tərəf heç vaxt belə iti, dişli formada tələbkarlıq etməməlidir. Donald Tramp həmin görüşə jurnalistləri dəvət etməklə bildirdi ki, “mən yalnız öz komandamın deyil, həm də ABŞ vergi ödəyicisinin qarşısında cavabdehlik daşıyıram”.

Rusiya, Macarıstan, Slovakiya və digər ölkələr Ukraynaya verilən dəstəyin dayandırılmasının tərəfdarıdırlar. Çünki bu yardımlar davam etdikcə, rəsmi Kiyevin müharibəni uzadacağını düşünürlər. Açıq-aşkar görünən odur ki, Avropa müharibənin uzanmasının tərəfdarıdır. Müharibə belə davam edərsə, Ukrayna daha çox itirəcək. Atəşkəs, sülh şəraiti nə qədər tez yaransa, Ukrayna üçün uduşlu variant olacaq”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:140
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 05 Mart 2025 16:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see277

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see260

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see245

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see241

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see226

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see221

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see216

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see203

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see193

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see192

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see182

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see179

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see171

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see168

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see166

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see154

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see154

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see149

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see148

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see148
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri