Zelenski Rusiya hücumu haqda: “Ötən gecə 4 nəfər ölüb, 44 nəfər yaralanıb”
Icma.az, Bizim media portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Ukraynada ötən gecə baş verən hücum nəticəsində 44 nəfər yaralanıb, 4 nəfər isə həlak olub.
Bizim.Media xəbər verir ki, bu barədə Ukrayna prezidenti Volodimir Zelenski Fransa prezidenti Emmanuel Makronla apardığı telefon danışığından sonra məlumat verib.
Zelenski bildirib ki, o, hücumun nəticələri barədə Makrona ətraflı məlumat verib və vəziyyətin nə qədər ağır olduğunu bir daha vurğulayıb.
Onun sözlərinə görə, bu hücumlar Ukrayna xalqına qarşı aparılan amansız terror siyasətinin davamıdır.
Prezident əlavə edib ki, Ukrayna və Fransa birgə olaraq ölkənin müdafiə imkanlarının gücləndirilməsi istiqamətində yeni tədbirlər hazırlayır.
Zelenskinin sözlərinə görə, yaxın gələcəkdə Parislə koordinasiya edilmiş şəkildə həm hərbi-texniki, həm də siyasi dəstək mexanizmləri genişləndiriləcək.
“Ukrayna tək deyil. Bizim yanımızda dostlarımız və tərəfdaşlarımız var. Fransa ilə birlikdə yeni addımlar ataraq müdafiəmizi gücləndirəcəyik və düşmənə cavabımız daha da təsirli olacaq”, – Zelenski vurğulayıb.
Bizim.Media
Baxış sayı:51
Bu xəbər 07 Sentyabr 2025 15:37 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















