Zelenski: Rusiya ilə rəhbərlik səviyyəsində danışıqlar aparmaq mümkün olacaq
Turkstan.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Ukrayna prezidenti Vladimir Zelenski bildirib ki, iyunun 2-də Türkiyənin İstanbulda ev sahibliyi etdiyi danışıqlarda əldə olunan razılaşmalar həyata keçirildikdən sonra Rusiya ilə rəhbərlik səviyyəsində danışıqlar aparmaq mümkün olacaq.
Turkustan.az xəbər verir ki, İtaliyanın ev sahibliyi ilə davam edən Ukraynanın Yenidənqurma Konfransı çərçivəsində Romada olan Zelenski mətbuat konfransında bir çox ölkə liderlərinin və yüksək səviyyəli rəsmilərin “İstəyənlər Koalisiyası” toplantısına qatıldığını bildirib.
Zelenski Rusiyanın ölkəsinə qarşı davam edən hücumlarının qarşısının alınması kimi məsələləri müzakirə etdiklərini bildirib.
Ukraynanın hava hücumundan müdafiə imkanlarının gücləndirilməsini də müzakirə etdiklərini qeyd edən Zelenski Almaniya və Norveçin ABŞ-dan öz ölkələri üçün ümumilikdə 3 “Patriot” hava hücumundan müdafiə sistemi almağa hazır olduqlarını bildirib.
Aytən Yaşar/ Turkustan.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:88
Bu xəbər 11 İyul 2025 10:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















