Zelenski: Rusiya İrana kəşfiyyat materialları ötütür
Azvision saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Ukrayna Prezidenti Volodymyr Zelenskyy bildirib ki, ölkədən kənarda olsa da, kəşfiyyat orqanlarından gündəlik olaraq onlayn məlumat alır. Bu barədə o, Qətərə rəsmi səfəri zamanı jurnalistlərlə Zoom vasitəsilə keçirilən görüşündə məlumat verib.
Prezident qeyd edib ki, martın 28-də ona Rusiya peyklərinin İranın maraqları üçün Yaxın Şərqdəki ABŞ hərbi obyektlərini izləməsi barədə məlumat daxil olub.
O bildirib ki, martın 24-də ABŞ-Böyük Britaniyanın Hind okeanındakı Çaqos adalarında yerləşən Dieqo-Qarsiya bazası, Küveyt Beynəlxalq Hava Limanı və “Böyük Burqan” neft yatağı müşahidə olunub. Martın 25-də Səudiyyə Ərəbistanındakı “Şahzadə Sultan” aviabazası, martın 26-da isə Şayba neft-qaz yatağı (Səudiyyə Ərəbistanı), İncirlik aviabazası (Türkiyə) və “Əl-Udeyd” aviabazası (Qətər) peykdən çəkilib. Zelenski vurğulayıb ki, siyahıda Ukraynaya aid obyektlər yoxdur.
Ukrayna prezidenti Rusiyaya qarşı sanksiyaların yumşaldılmasını da tənqid edib:
“Rusiya hər gün gəlir əldə edir və eyni zamanda ABŞ, Yaxın Şərq və Böyük Britaniya bazalarına mümkün hücumlarla bağlı məlumatlar ötürür. Belə olan halda sanksiyaları necə yumşaltmaq olar?”
M. Həsənli
AzVision.az
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.

Bu mövzuda digər xəbərlər:Rusiya İrana kömək edir Zelenski
29 Mart 2026 17:40
Rusiya İrana qoşun göndərə bilər Zelenski
11 Mart 2026 19:04
Zelenski İran haqda kəşfiyyat məlumatını açıqladı Rusiya detalı
11 Mart 2026 12:13
Zelenski kəşfiyyat məlumatlarını açıqladı Rusiya yeni səfərbərliyə hazırlaşır
26 İyul 2026 15:14
Baxış sayı:166
Bu xəbər 29 Mart 2026 10:25 mənbədən arxivləşdirilmişdir

Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur

Günün ən çox oxunanları