Icma.az
close
up
RU
Zelenski: Rusiya müharibəni bitirmək istəmir

Zelenski: Rusiya müharibəni bitirmək istəmir

Icma.az, Turkstan.az saytına istinadən bildirir.

Ukrayna prezidenti Vlodomir Zelenski 3 ilə yaxındır davam edən müharibəni bitirmək üçün əllərindən gələni etdiklərini, lakin Rusiyanın müharibəni bitirmək istəmədiyini bildirib.

Turkustan.az xəbər verir ki, Ukraynada müharibə başlayandan bəri ilk rəsmi səfərini Avstriyaya edən Ukrayna prezidenti Vlodomir Zelenski prezident Aleksandr Van der Bellenlə görüşüb.

Mətbuat konfransından əvvəl iki ölkə arasında müxtəlif sahələrdə əməkdaşlığa dair sazişlər imzalanıb.

Ukrayna prezidenti Zelenski ötən həftə Qrazda məktəbə silahlı hücumda həyatını itirənlərə başsağlığı verib, Ukraynada hər gün uşaqların və böyüklərin öldürüldüyünü və bu ağrını yaxından bildiklərini bildirib.

"Biz bu müharibəni bitirmək üçün əlimizdən gələni edirik. Biz ağlabatan addımlar, ilk növbədə qeyd-şərtsiz atəşkəs, daha sonra isə real, dürüst və ciddi diplomatiya istəyirik. Rusiyanın mövqeyinə görə, bu, hazırda mümkün görünmür. Bütün dünya müharibənin dayandırılmasını dəstəkləyir, lakin Rusiya bu müharibəni dayandırmaq istəmir"-deyə, Zelenski bildirib.

Rusiyanın bu yanaşmasına görə Moskva administrasiyasına qarşı güclü və nəzərəçarpacaq sanksiyaların tətbiq edilməsi lazım olduğunu iddia edən Zelenski həm Van der Bellen, həm də baş nazir Kristian Stokerlə görüşlərində Avropa Birliyinin (AB) Rusiyaya qarşı yeni sanksiyalarının niyə vacib olduğunu müzakirə etdiklərini bildirib.

Zelenski Avstriyanın Rusiya tərəfindən saxlanılan ukraynalı uşaqları geri qaytarmaq üçün 40-a yaxın ölkənin iştirakı ilə başlatdığı “uşaqları geri qaytarmaq” təşəbbüsünü dəstəkləməsindən məmnunluğunu ifadə edib.

Ukraynanın yenidən qurulması üçün müharibənin bitməsinin lazım olmadığını qeyd edən Zelenski bununla bağlı atılacaq addımların indi başlamalı olduğunu bildirib.

Aytən Yaşar/ Turkustan.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:186
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 16 İyun 2025 19:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see392

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see384

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see367

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see353

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see247

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see245

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see238

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see238

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see226

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see222

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see222

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see214

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see207

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see194

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

17 Oktyabr 2026 10:26see191

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

17 Oktyabr 2026 12:40see179

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see172

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see171

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see163

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see163
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri