Icma.az
close
up
RU
Zelenski: Rusiya müharibəni seçərsə, cavab maksimum təzyiq olmalıdır

Zelenski: Rusiya müharibəni seçərsə, cavab maksimum təzyiq olmalıdır

Bizimyol portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

12 yanvarda Ukrayna Prezidenti Vladimir Zelenski danışıqlar qrupunun Amerika tərəfi ilə dialoqla bağlı hesabatını dinləyib.

Bizimyol.info xəbər verir ki, Ukrayna lideri nəticələri rəsmi "Telegram" hesabında açıqlayıb.

"Növbəti iki həftə üçün - görüşlər, sənədlərin hazırlanması və mümkün imzalanma cədvəlini müzakirə etdik. Mən tapşırıq verdim ki, ABŞ-dan Ukrayna üçün təhlükəsizlik zəmanətləri ilə bağlı sənəd yekunlaşdırılsın və ən yüksək səviyyədə baxılmaq üçün təqdim edilsin. Bu, tarixi əhəmiyyətə malik sənəd olmalıdır və mətnin hazırda çatdığı səviyyə məhz budur", - deyə o bildirib.

Zelenskinin sözlərinə görə, görüş zamanı Ukraynanın yenidən qurulması və iqtisadi inkişafı ilə bağlı sənədlər də müzakirə olunub. "Mən Baş nazir Yuliya Svırıdenkoya, Baş nazirin müavini Taras Kaçkaya və nazir Aleksey Sobolevə Ukrayna ilə ABŞ arasında gələcək müqavilələrin bütün iqtisadi aspektləri, eləcə də üçtərəfli müqavilələr - Ukrayna, Avropa və Amerika üçün tam dəstək və təcrübə təmin etməyi tapşırmışam", - deyə o qeyd edib.

Ukrayna lideri əlavə edib ki, söhbət zamanı tərəfdaşların yenidənqurma vəsaitlərindən istifadə mexanizmləri üçün zəruri parametrlər müəyyən edilib.

"Biz başa düşürük ki, Amerika tərəfi müharibənin sona çatması üçün əsas siyasi çərçivə ilə bağlı Rusiya ilə əlaqə saxlayır. Biz öz förüşümüzü formalaşdırmışıq və Rusiyadan da müharibəni real şərtlərlə bitirməyə hazır olub-olmadığı barədə aydın rəy olmalıdır. Əgər onlar hazır deyillərsə, təcavüzkara təzyiq artmaqda davam etməlidir", - deyə o əlavə edib.

Ukrayna prezidenti həmçinin qeyd edib ki, Rusiyanın "kölgə donanması"ndan olan tankerlərə və dünyanın digər yerlərindəki rejimlərə sanksiyalardan yayınmağa kömək edən maliyyə sxemlərinə münasibətdə düzgün taktikalara əməl olunur.

"Oxşar təcrübələr Rusiyaya da şamil edilməlidir - əgər onlar müharibəni seçsələr, dünyanın cavabı Rusiyanın ixrac gəlirlərinin maksimum məhdudlaşdırılması olmalıdır. Ukraynada insanların həyatlarını qorumağımıza və nə olursa olsun, diplomatik yolu davam etdirməyimizə kömək edən hər kəsə təşəkkür edirik", - deyə Zelenski qeyd edib.

Qadir, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:101
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 12 Yanvar 2026 20:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see193

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see191

Sınmış ventilyatora görə milyonlar qazandı

11 Yanvar 2026 23:17see174

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see165

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see162

Həmin açıqlamadan sonra Afaqla Röya bir toyda Video

12 Yanvar 2026 10:11see159

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see158

Ucuz ev almağın YOLLARI: Sosial mənzil mexanizmləri necə işləyir?

11 Yanvar 2026 17:29see155

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see153

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see146

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see145

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see141

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see141

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see136

Qızılın qiyməti BAHALAŞDI

12 Yanvar 2026 09:52see136

İranda etiraz aksiyaları ilə bağlı yeni videolar yayılıb, nümayişçilər bəzi küçələrə nəzarəti ələ keçirib VİDEO

11 Yanvar 2026 11:46see135

İran çıxılmaz vəziyyətə düşüb? KONKRET

11 Yanvar 2026 20:10see134

Dünyada ən çox televizor satan şirkətlər

11 Yanvar 2026 03:04see132

PUA ların dövriyyəsinə xüsusi icazə və dövlət qeydiyyatı artıq “mygov”da

12 Yanvar 2026 10:10see128

ABŞ lı analitikdən diqqətçəkən paylaşım FOTO

11 Yanvar 2026 22:26see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri