Zelenski: Rusiya Trampın sülh çağırışlarına məhəl qoymur”
Ayna saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
“Rusiyanın diplomatiya yoluna razı olması üçün qəti addımlar atılmalıdır”
“Rusiya ABŞ Prezidenti Donald Trampın sülh çağırışlarına cavab vermir”. AYNA.AZ xəbər verir ki, bu sözləri Ukrayna Prezidenti Volodimir Zelenski sosial şəbəkədə yazıb.
"Biz Prezident Trampın qətllərə son qoyulması ilə bağlı mövqeyini eşidirik və diplomatiya ilə müharibənin qarşısının alınması ilə bağlı bütün təkliflərlə razılaşdıq. Lakin görünür, onları Rusiya dinləmir", - Ukrayna lideri qeyd edib.
Zelenskinin sözlərinə görə, dünən axşamdan etibarən Ukrayna ərazisinə 90-a yaxın hücum pilotsuz təyyarəsi buraxılıb və bu, Kiyevdə ictimai nəqliyyat infrastrukturuna ziyan vurub.
Ukrayna lideri vurğulayıb ki, Rusiyanın da diplomatiya yoluna razı olması üçün qəti addımlar atılmalıdır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:71
Bu xəbər 19 Sentyabr 2025 14:56 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















