Zelenski: Rusiya Ukraynaya 50 raket və 500 dronla hücum edib
Icma.az, Olke.az portalına istinadən məlumat yayır.
Oktyabrın 5-ə keçən gecə Ukrayna yenidən Rusiya qoşunlarının hücumuna məruz qalıb.
"Ölkə.az" xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski bildirib.
Onun sözlərinə görə, Rusiya silahlı qüvvələri 50-dən çox raket və təxminən 500 hücum dronu, o cümlədən qanadlı raketlər, "Şahed" və "Kinjal" tipli silahlar buraxıb. Hücumlar Lviv, İvano-Frankivsk, Zaporojye, Çerniqov, Sumı, Xarkov, Xerson, Odessa və Kirovoqrad vilayətlərini əhatə edib.
"Hücum nəticəsində 10 nəfərin xəsarət aldığı məlumdur. Təəssüf ki, beş nəfər həlak olub. Bu təcavüz nəticəsində yaxınlarını itirən hər kəsə dərin hüznünü bildirirəm", - Zelenski qeyd edib.
O deyib ki, zərbələrə məruz qalan yerlərdə xilasetmə və bərpa işləri davam edir.
Zelenski həmçinin vurğulayıb ki, hava məkanında birtərəfli atəşkəs mümkündür və məhz bu, həqiqi diplomatiyaya yol aça bilər.
"ABŞ və Avropa (Rusiya Prezidenti Vladimir) Putini dayandırmağa məcbur etmək üçün tədbir görməlidir", - Ukrayna lideri əlavə edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:35
Bu xəbər 05 Oktyabr 2025 14:45 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















