Zelenski: Rusiya Ukraynaya hücum üçün dörd əsas istiqamət seçib
Apa.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Rusiya Ukraynaya hücum üçün dörd əsas istiqamət seçib: Sumı, Novopavlovsk, Pokrovsk və Zaporojye istiqaməti.
APA “Unian”a istinadən xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski Kiyevdə Avropa Parlamentinin Prezidenti Roberta Metsola ilə birgə mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, Sumı əməliyyatı uğursuzluğa düçar olub, Rusiya böyük itkilər verib: “Rusiya Sumı istiqamətində irəliləməkdən imtina etib və qüvvələrini daha da böyük itkilər verdiyi başqa bir istiqamətə köçürüb”.
Zelenski qeyd edib ki, Rusiya Ukraynanın enerji və nəqliyyat infrastrukturuna hücumlarını davam etdirəcək.
Ukrayna lideri əlavə edib ki, Ukrayna bəzi əməliyyatlar keçirib, nəticələri çox yaxşıdır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:57
Bu xəbər 17 Sentyabr 2025 18:41 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















