Icma.az
close
up
RU
Zelenski Rusiyanın azad etdiyi əsirlər haqqında danışdı

Zelenski Rusiyanın azad etdiyi əsirlər haqqında danışdı

Tribuna saytına istinadən Icma.az xəbər verir.

Xəbər verdiyimiz kimi, Ukrayna ilə Rusiya arasında növbəti böyük hərbi əsir mübadiləsi 12 iyun tarixində baş tutub.

“Bu gün ordumuzun əsgərləri, Milli Qvardiya üzvləri və sərhədçilər artıq evdədirlər. Onların hamısı tibbi yardıma ehtiyac duyur və müvafiq müalicə ilə təmin olunacaqlar. Bu, ağır yaralı və xəstə hərbçilərin geri qaytarılmasının ikinci mərhələsidir. Biz hələ də Rusiyanın əsirliyində olan hər kəsi geri qaytarmaq üçün işi davam etdiririk. Mübadilənin mümkün olmasına kömək edən hər kəsə təşəkkür edirik. Elə edək ki, hər kəs öz evində – Ukraynada olsun,” – deyə Ukrayna prezidenti Zelenski “Telegram” kanalında yazıb.

Tribunainfo.az xəbər verir ki,  Rusiya Müdafiə Nazirliyi azad edilən rusiyalı hərbçilərin sağlamlıq vəziyyəti barədə məlumat yaymayıb.

10 iyunda baş tutan əvvəlki mübadilədə olduğu kimi, bu dəfə də azad edilənlərin sayı rəsmi şəkildə açıqlanmayıb.

Xatırladaq ki, 2 iyun tarixində İstanbulda aparılan danışıqlar nəticəsində tərəflər genişmiqyaslı hərbi əsir mübadiləsi barədə razılığa gəliblər. Mübadiləyə 9 iyun tarixində start verilib və həmin gün 25 yaşadək ukraynalı hərbçilərdən ibarət ilk qrup geri qaytarılıb.

Ukraynanın müdafiə naziri Rüstəm Umerovun sözlərinə görə, İstanbul danışıqları zamanı tərəflər müəyyən kateqoriyalara – xüsusilə ağır yaralı və xəstə əsirlərə, eləcə də 18-25 yaşlı gənc əsgərlərə fokuslanmaq barədə razılığa gəliblər. Eyni zamanda, 6000 həlak olmuş hərbçinin cəsədinin qarşılıqlı qaytarılması barədə də razılaşma əldə olunub. Cəsədlərin mübadiləsinin birinci mərhələsi 11 iyun tarixində həyata keçirilib.

“AzPolitika.info”

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:194
embedMənbə:https://tribunainfo.az
archiveBu xəbər 12 İyun 2025 20:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see380

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see251

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see245

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see244

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see242

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see241

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see239

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see236

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see235

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see234

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see228

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see220

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see217

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see217

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see216

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see216

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see215

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see215

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see215

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see211
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri