Zelenski Rusiyanın əlindəki əsirlərin sayını açıqladı
Icma.az, Yeniavaz saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
“Cenevrədə planlaşdırılan danışıqlar hərbi əsirlərin mübadiləsini də əhatə edəcək”.
Yeniavaz.com xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski Münhendə jurnalistlərə verdiyi açıqlamada bildirib.
“Görünür, rusların təxminən 7 min, bəlkə də bir az az ukraynalı əsiri var. Bizdə isə artıq 4 mindən çox əsir var və bu, yaxşı xəbərdir, çünki əvvəllər 1500 nəfər var idi”, - deyə Prezident Zelenski bildirib.
Dövlət başçısı Ukraynanın istənilən formatda əsir mübadiləsinə hazır olduğunu deyib:
“Əgər onlar “hər kəs hər kəs üçün” desələr, bu əladır; əgər “min əsirə min əsir” desələr, bu əla olmaz, amma yenə də çox yaxşıdır. Lakin, hətta “yüz əsirə yüz əsir” desələr belə, biz buna da razı olacağıq, çünki bizim üçün hər hansı bir belə addım müsbətdir. Qrupumuzun belə bir mandatı var”.
Bu mövzuda digər xəbərlər:Rusiyanın son hücumu: Zelenski ölənlərin sayını açıqladı
24 Mart 2026 15:16
Zelenski Rusiyanın itkisini açıqladı
27 Oktyabr 2025 23:26
Zelenski Kurskda Rusiyanın itkilərini açıqladı
22 May 2025 00:45
Zelenski: İstanbuldakı danışıqların əsas nəticəsi əsirlərin mübadiləsi oldu
19 May 2025 17:36
Zelenski Rusiya ilə əsirlərin mübadiləsinə hazır olduqlarını açıqlayıb
24 Fevral 2025 13:57
Baxış sayı:166
Bu xəbər 15 Fevral 2026 10:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















