Zelenski Rusiyanın iştirakı ilə danışıqlara hazır olduğunu təsdiqləyib
Icma.az bildirir, Report.az saytına əsaslanaraq.
Ukrayna lideri Volodimir Zelenski bəyan edib ki, Moskva, həmçinin Brüssel, Vaşinqton və Kiyevin iştirakı ilə münaqişənin sülh yolu ilə nizamlanması üzrə danışıqlara başlanacağını gözləyir.
“Report” xəbər verir ki, bu barədə siyasətçi “Associated Press” agentliyinə müsahibəsində bildirib.
O, həmçinin komandasının Tramp administrasiyası ilə əlaqə saxladığını, lakin məsləhətləşmələrin hələ də ümumi xarakter daşıdığını təsdiqləyib:
“ABŞ prezidenti Donald Trampla danışdıqdan sonra ruslarla hansısa söhbət formatına keçməliyik. Mən ABŞ, Ukrayna və Rusiyanı danışıqlar masası arxasında görmək istərdim. Avropa Birliyinin də səsi eşidilməlidir. Düşünürəm ki, ədalətli, səmərəli olardı. Amma bunun necə olacağını bilmirəm”.
V. Zelenski atəşkəs planı hazırlamaq üçün ABŞ prezidenti ilə tez bir zamanda şəxsi görüşə ümid etdiyini bildirib, eyni zamanda Vaşinqtonun Kiyevin iştirakı olmadan Moskva ilə ciddi müzakirələr aparması ilə bağlı bəyanatından narazılığını ifadə edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:147
Bu xəbər 02 Fevral 2025 04:11 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















