Zelenski Rusiyaya görə çağırış etdi
Axar.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Rusiya mülki obyektlərə hücumlarını davam etdirir, Moskvaya təzyiq gücləndirilməlidir.
Axar.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski Teleqram kanalında danışıb.
Onun sözlərinə görə, Rusiya son hücumlarda Odessada sərnişin avtobuslarını, Zaporojyedə yaşayış binalarını və Xarkov vilayətində xəstəxananı hədəfə alıb:
“Belə hücumların hər günü Ukraynaya dəstəyin nə qədər vacib olduğunu göstərir. Ukraynanın daha çox hava hücumundan müdafiə sisteminə və insanların həyatını qorumaq üçün əlavə vasitələrə ehtiyacı var. Rusiyaya qarşı yeni sanksiyalar, Ukraynaya əlavə hərbi yardım paketləri və Avropanın “FREYJA” adlı yeni antiballistik layihəsi təzyiqi artırmalıdır. Yaxın günlərdə Ukraynanın müdafiəsini gücləndirməyə yönəlmiş yeni görüşlər və danışıqlar keçiriləcək”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:62
Bu xəbər 13 İyul 2026 13:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















