Icma.az
close
up
RU
Zelenski: Sabah Ukrayna ilə ABŞ arasında 5 əsas məsələ müzakirə olunacaq

Zelenski: Sabah Ukrayna ilə ABŞ arasında 5 əsas məsələ müzakirə olunacaq

Baku.ws portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Ukrayna Prezidenti Volodimir Zelenski sabah ABŞ Prezidenti Donald Tramp ilə keçiriləcək görüşdə müzakirə olunacaq məsələləri açıqlayıb.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, Zelenski bunu jurnalistlərlə söhbəti zamanı bildirib.

Onun sözlərinə görə, hazırda Ukraynanın ikitərəfli müzakirə xətti var və danışıqlarda 5 əsas məsələ gündəmə gələcək: Ukrayna-ABŞ təhlükəsizlik zəmanətləri, Ukrayna-Avropa təhlükəsizlik zəmanətləri; hərbi istiqamət, rifah və bərpa planı (Zelenskinin sözlərinə görə, bərpa planı çərçivəsində bir neçə sənəd hazırlanması nəzərdə tutulur), ardıcıl fəaliyyət planı.

"Yəni biz addım-addım təklif etmək istəyirik ki, qeyd etdiyim bütün planlar real işləsin. ABŞ tərəfi, şübhəsiz ki, bütün bunları Rusiya tərəfi ilə də müzakirə edəcək və bizə geri dönüş edəcəklər", – Zelenski deyib.

Qeyd edək ki, dekabrın 28-də Tramp Zelenskini Florida ştatındakı Mar-a-Laqo iqamətgahında qəbul edəcək.

Ukrayna nümayəndə heyətinə Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rüstəm Umerov, iqtisadiyyat naziri Oleksiy Sobolev, Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Andrey Qnatov, Prezident Ofisinin rəhbərinin müşaviri Aleksandr Bevz və Ukraynanın xarici işlər nazirinin birinci müavini Sergey Kislitsa daxildir.

Məlumata görə, Zelenski Tramp ilə görüşdə sülh planı üzrə əsas fikir ayrılıqlarını aradan qaldırmağı hədəfləyir. Ukrayna Prezidenti açıq şəkildə qeyd edib ki, danışıqlar zamanı mütləq ərazi məsələləri gündəmə gələcək. Xüsusilə tərəflər Donbası və Zaporojye AES-i müzakirə edəcəklər.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:205
embedMənbə:https://baku.ws
archiveBu xəbər 27 Dekabr 2025 22:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see370

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see241

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see238

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see236

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see230

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see230

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see226

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see224

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see224

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see223

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see220

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see215

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see210

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see210

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see208

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see208

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see208

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see208

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see205

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri