Zelenski sanksiya qərarı verdi: Siyahıda kimlər var? KONKRET
Konkret.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Prezident Volodimir Zelenski bildirib ki, Ukrayna 2025-ci ilin sonunadək daha bir neçə yeni sanksiya qərarı qəbul etməyə hazırlaşır.
KONKRET.az xəbər verir ki, bu barədə Ukrayna KİV-ləri məlumat yayıb.
Zelenskinin sözlərinə görə, nəzərdə tutulan sanksiya paketlərindən ən azı biri Rusiya hərbi sənayesi ilə əməkdaşlıq edən şəxslərə qarşı yönələcək.
O vurğulayıb ki, bu sanksiyalar təkcə Rusiyadan olan şəxsləri deyil, eyni zamanda Çindən olan bəzi şəxsləri də əhatə edəcək.
“Bu ilin sonunadək Rusiya subyektlərinə və ruslara kömək edənlərə qarşı daha bir neçə sanksiya qərarı hazırlayırıq. Ən azı bir sanksiya paketi Rusiya hərbi sənayesi ilə çalışan şəxslərə qarşı olacaq. Bu, yalnız Rusiyadan olanlar deyil, xüsusilə Çindən olan şəxsləri də əhatə edəcək”, – deyə Zelenski Teleqram kanalında yazıb.
Ukrayna Prezidenti əlavə edib ki, Rusiya təcavüzünü əsaslandıran, rus təsirini kütləvi mədəniyyət vasitəsilə təbliğ edən şəxslərə, eləcə də idman karyerasından və idmana olan diqqətdən Rusiyanın hücumlarını glorifikasiya etmək üçün istifadə edən idmançılara qarşı da sanksiyalar hazırlanır.
Zelenski həmçinin Ukraynanın Avropa qurumları ilə Avropa İttifaqının 20-ci sanksiya paketinin detalları üzərində işlədiyini bildirib.
Bununla yanaşı, Kanadanın da yeni sanksiya paketi hazırladığını qeyd edən Ukrayna lideri bu prosesə görə təşəkkür edib. Onun sözlərinə görə, Ukrayna sanksiyaların sinxronlaşdırılması istiqamətində işi davam etdirəcək və yaxın vaxtlarda Milli Təhlükəsizlik və Müdafiə Şurasının (MTMŞ) müvafiq qərarları və prezident fərmanları qüvvəyə minəcək.
Müşviq Tofiqoğlu
KONKRET.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:92
Bu xəbər 22 Dekabr 2025 17:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















