Zelenski Sırskini yola salır? “Zalujnının müavini Baş komandan təyin ediləcək”
Azpolitika.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Volodimir Zelenski Ukrayna ordusunun Kursk vilayətindəki uğursuzluğundan sonra Ukrayna Silahlı Qüvvələrinin Baş Komandanı Aleksandr Sırskini əvəz etməyi düşünür.
“AzPolitika” xəbər verir ki, bu barədə Ali Radanın deputatı Aleksiy Qonçarenko məlumat verib.
Deputatın öz “teleqram” kanalında yazdığına görə, Zelenski artıq Sırskinin yerinə kimi təyin edəcəyini də müəyyənləşdirib: “Kursk istiqamətindəki uğursuzluqdan sonra general-leytenant Yevgeni Moysyukun Sırskinin yerinə təyinatı nəzərdən keçirilir”.
Hazırda Moysyuk Ukrayna Müdafiə nazirinin müavini vəzifəsini tutur. Moysyuk Valeri Zalujnı Ukrayna Silahlı Qüvvələrinin Baş Komandanı vəzifəsini daşıyanda, onun müavini olub.
Qeyd edək ki, bundan əvvəl Zelenski Anatoli Bargileviçi Baş Qərargah rəisi vəzifəsindən uzaqlaşdırıb. Kursk vilayətinə hücuma rəhbərlik edən general-mayor Dmitri Krasilnikov da vəzifəsindən azad edilib. Bütün bu dəyişikliklər Kursk əməliyyatının sona çatması ilə əlaqələndirilir.
“AzPolitika.info”
Baxış sayı:148
Bu xəbər 18 Mart 2025 12:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















