Icma.az
close
up
RU
Zelenski sülh danışıqlarına hazır olduğuna dair siqnal verir WSJ

Zelenski sülh danışıqlarına hazır olduğuna dair siqnal verir WSJ

Qaynarinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Ukrayna Prezidenti Vladimir Zelenski Rusiya ilə müharibə mövqeyini yumşaltmağa başlayaraq, Ukraynanın NATO-ya üzvlük qarşılığında işğal olunmuş ərazilər uğrunda mübarizəni dayandıra biləcəyinə işarə edir. 

Qaynarinfo xəbər verir ki, bu barədə "The Wall Street Journal” yazır.  

Danışıqlara hazır olma siqnalları  

Ötən həftə verdiyi bir neçə müsahibədə Zelenski müharibəni dayandırmaq üçün danışıqlara hazır olduğunu bildirib. Əvvəllər o, Ukraynanın Moskvanın nəzarətində olan və ölkənin təxminən 20%-ni təşkil edən bütün əraziləri geri qaytarmadan mübarizəni dayandırmayacağını bəyan etmişdi.  

İndi isə Zelenski NATO-nun qalan Ukraynanı qorumaq şərti ilə atəşkəsə razılaşma ehtimalını qəbul edir. Lakin bu yolda iki əsas maneə var: Ukraynanın yaxın gələcəkdə NATO-ya qoşulmasının çətinliyi və Rusiyanın danışıqlara marağının olmaması.  

Donmuş münaqişə Ukrayna üçün riskdir

Bazar günü keçirilən mətbuat konfransında Zelenski vurğulayıb ki, hər hansı danışıqlar yalnız güclü mövqedən mümkün ola bilər:  

"Əgər biz Ukraynanın güclü mövqeyi olmadan donmuş münaqişə ilə qarşılaşsaq, Putin iki, üç və ya beş ildən sonra bizi məhv etmək üçün geri dönəcək", - prezident deyib.  

NATO üzvlüyü və diplomatik həll yolları  

Cümə günü "Sky News” kanalına müsahibəsində Zelenski, NATO-ya üzvlük verildiyi halda "müharibənin qızğın fazasını" dayandırmağın mümkün olacağını bildirib. O, həmçinin, işğal olunmuş əraziləri diplomatik yollarla geri qaytarmağa çalışacaqlarını vurğulayıb.  

"Kyodo News”a verdiyi müsahibədə isə Zelenski qeyd edib:  

"Ordumuzun işğal olunmuş əraziləri azad etmək üçün kifayət qədər gücü yoxdur. Biz diplomatik həll yolları tapmalıyıq".  

 Hərbi dəstək zərurəti  

NATO-nun Baş katibi Mark Rütte Ukraynaya hərbi dəstəyin vacibliyini vurğulayıb:  

"Birinci, ikinci və üçüncü prioritet Ukraynaya daha çox hərbi yardım etməkdir".  

Qərb ölkələri Ukraynaya təhlükəsizlik zəmanətləri verən razılaşmanı müharibənin dayandırılması üçün mümkün variant kimi nəzərdən keçirir. Keçmiş NATO Baş katibi Yens Stoltenberq bildirib ki, müvəqqəti olaraq işğal olunmuş ərazilərin Rusiyaya verilməsi mümkündür, əgər Kiyevə ciddi təhlükəsizlik zəmanətləri təqdim olunarsa:  

"Bu, Ukraynanın torpağını həmişəlik itirməsi demək deyil", - Stoltenberq əlavə edib.  

Ukrayna cəmiyyətinin mövqeyi  

Ukrayna cəmiyyətində müharibənin dayandırılmasına dair istəklər artmaqdadır. "Gallup”un sorğusuna görə, ötən il respondentlərin 27%-i sülh danışıqlarını dəstəklədiyi halda, bu il bu göstərici 52%-ə yüksəlib.  

Buna baxmayaraq, NATO üzvlüyünün olmaması Ukraynanı real təhlükəsizlik zəmanətləri olmadan qoyur. Avropa İttifaqının ali nümayəndəsi Kaja Kallas Kiyevə səfəri zamanı vurğulayıb:  

"Ən güclü təhlükəsizlik zəmanəti NATO üzvlüyüdür".  

Rusiyanın mövqeyi  

Qərb rəsmiləri Kremlin danışıqlara hazır olub-olmaması ilə bağlı skeptik qalır. Rusiya, hər gün 1000-dən çox hərbçi itirərək, böyük resurslar sərf edir, lakin hücumlarını davam etdirir.  

Keçən ay Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu Rusiyanın müharibədə qalib gəldiyini Qərbin qəbul etməli olduğunu və danışıqlar aparılmasının lazım olduğunu bəyan edib. Rusiyalı rəsmilər həmçinin, Ukraynanın hər hansı sülh razılaşmasında NATO-ya üzvlükdən əl çəkməli olduğunu bildiriblər.  

Zelenski isə Qərbdən alınan hərbi yardımın tam ordunun təchizatına uyğun olmadığından şikayət edib. Ukrayna rəsmiləri bildirir ki, Rusiyanın qarşısını almaq üçün gələn il Kiyevə 120 milyard avro hərbi yardım tələb olunacaq.  

"Xərclər Qərb hökumətləri üçün çox böyük ola bilər, xüsusilə də əgər Tramp administrasiyası Ukraynaya yardımı azaldarsa", - yüksək səviyyəli Ukrayna rəsmisi qeyd edib.

Alpər

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:205
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 03 Dekabr 2024 14:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see370

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see241

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see238

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see236

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see230

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see230

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see226

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see224

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see224

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see223

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see220

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see215

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see210

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see210

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see208

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see208

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see208

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see208

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see205

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri