Zelenski: Təhlükəsizlik zəmanətimiz olmadığı üçün müharibə alovlanır
Icma.az, Turkstan.az portalına istinadən məlumat yayır.
Ukrayna prezidenti Vladimir Zelenski sülh razılaşmasının ilkin şərti kimi gördüyü təhlükəsizlik zəmanətləri ilə bağlı yeni açıqlama verib.
Turkustan.az xəbər verir ki, Zelenski qeyd edib ki, təhlükəsizlik təminatlarının olmaması Rusiyanın invazivliyini artırıb.
Krımın və Donbasın 11 il əvvəl Rusiya tərəfindən ələ keçirildiyini xatırladan Zelenski bu işğalı təhlükəsizlik zəmanətinin olmaması ilə əlaqələndirib.
Hazırda təhlükəsizlik zəmanətlərinin olmadığını vurğulayan Zelenski Rusiyanın müharibəni alovlandırmağa davam etdiyini bildirib.
"Bizə sonsuz müharibə deyil, sülh, həqiqi və dürüst sülh lazımdır. Təhlükəsizlik zəmanətləri vacibdir"-deyə, Zelenski X hesabında verdiyi açıqlamada bildirib.
Zelenski bəyanatının sonunda avropalı tərəfdaşları ilə sülhü bərqərar edəcək diplomatik struktur üzərində işlədiklərini bildirib.
Aytən Yaşar/ Turkustan.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:75
Bu xəbər 04 Mart 2025 12:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















