Zelenski təslim oldu: Onlar da orduya cəlb edilir!
Axar.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
18-24 yaşlı ukraynalıların Silahlı Qüvvələrin sıralarına cəlb edilməsi üçün xüsusi müqavilə hazırlanır.
Axar.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski “Röyters”ə müsahibəsində bildirib.
“Təcrübəli döyüş briqadaları Müdafiə Nazirliyi ilə birlikdə 18-24 yaş arası gənclər üçün müqavilə variantı üzərində işləyir. Bu, orduya qoşulmaq istəyənlər üçündür, səfərbərlik deyil”, - Zelenski vurğulayıb.
Zelenskinin sözlərinə görə, gənclərə çox yüksək maliyyə dəstəyi təklif olunacaq.
O, məsələ barədə yaxın vaxtlarda detallı məlumat veriləcəyini bildirib.
Qeyd edək ki, ABŞ-ın əvvəlki administrasiyası Ukraynaya əsgər çatışmazlığını aradan qaldırmaq üçün çağırış yaşını 25-dən aşağı salmaq barədə bir neçə dəfə təklif versə də, Zelenski bunu qətiyyətlə rədd etmişdi.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:87
Bu xəbər 08 Fevral 2025 09:11 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















