Icma.az
close
up
RU
Menu

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

İran rejimi legitimliyini itirir ŞƏRH

Faciənin 36 cı ildönümü...

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

“20 yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi” DEPUTAT DANIŞDI

20 Yanvar Faciəsi Azərbaycan xalqının azadlıq uğrunda qanla yazılmış tarixi ŞƏRH

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

Saça yapışan saqqızdan qurtulmağın yolları

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

Suriya regional güc balansını Türkiyənin xeyrinə dəyişir

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

ATƏT də dərin böhran yaşanır

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

Zelenski Tramp görüşü: Ukrayna üçün iqtisadi sıçrayış, yoxsa yeni asılılıq?

Zelenski Tramp görüşü: Ukrayna üçün iqtisadi sıçrayış, yoxsa yeni asılılıq?

Icma.az xəbər verir, Bakivaxti saytına əsaslanaraq.

Sabah – fevralın 28-də Ukrayna prezidenti Volodimir Zelenski və ABŞ prezidenti Donald Tramp Vaşinqtonda mühüm bir görüş keçirəcəklər.

Bu görüşdə Ukraynanın nadir torpaq elementləri və digər təbii resurslarının istismarı ilə bağlı iki ölkə arasında əhəmiyyətli bir razılaşmanın imzalanması planlaşdırılır. Razılaşmaya əsasən, Ukrayna dövlət nəzarətində olan təbii resurslarının gəlirlərinin 50%-ni ABŞ-yə təqdim edəcək, əvəzində isə ABŞ Ukraynanın təhlükəsizliyini təmin etmək üçün dəstək verəcək. Lakin, bu təhlükəsizlik zəmanətlərinin konkret detalları hələ dəqiqləşdirilməyib. Bu razılaşma ABŞ-nin Ukraynaya əvvəlki hərbi yardımlarının əvəzi olaraq tələb etdiyi kompensasiya tələblərinin nəticəsidir. Müxalifət isə bu razılaşmanı "istismarçı" adlandıraraq tənqid edir.

Görüş ərəfəsində, Zelenski ABŞ-nin davamlı dəstəyinin vacibliyini vurğulayaraq, "Sülh və təhlükəsizlik zəmanətləri Rusiya tərəfindən digər millətlərin həyatının məhv edilməsinin qarşısını almaq üçün açardır" ifadəsini işlədib. Tramp isə ABŞ-nin Ukraynaya geniş təhlükəsizlik zəmanətləri verməyəcəyini, bu məsuliyyətin Avropaya aid olduğunu bildirib. O, həmçinin Ukraynanın NATO-ya üzvlük arzularını rədd edərək, "Ukrayna NATO-ya qoşulmağı unuda bilər" deyə qeyd edib.

Bu görüş müharibənin bitməsi ilə bağlı nələr vəd edir?

Mövzu ilə bağlı Bakıvaxtı.az-a danışan politoloq Əlimusa İbrahimov bildirib ki, bu görüşdə, əslində, Ukrayna-Rusiya sülhü ilə bağlı nəticə əldə edilməyəcək:

"Proseslər Ukrayna ilə Birləşmiş Ştatlar arasında genişmiqyaslı investisiya layihəsinin müzakirəsi məqsədilə nəzərdə tutulub. Bu saziş, əsasən, Ukraynanın iqtisadi potensialının artırılması, ölkəyə xarici sərmayənin cəlb edilməsi və infrastruktur layihələrinin genişləndirilməsi istiqamətində atılan addımları əhatə edir. Bununla yanaşı, tərəflər enerji sektorunda əməkdaşlığı dərinləşdirmək və Ukraynanın müharibədən sonrakı bərpa prosesini sürətləndirmək üçün strateji addımlar atmağı planlaşdırırlar. Bu sazişin birbaşa sülh müqaviləsi ilə əlaqəli olduğunu demək mümkün olmasa da, onun müharibənin gedişatına və bölgədəki siyasi vəziyyətə təsir edəcəyi istisna olunmur. Tramp və Zelenski hər iki tərəfin maraqlarına uyğun şəkildə formalaşdırılan bu razılaşmanın Ukraynanın iqtisadi gücünü artırmaqla yanaşı, uzunmüddətli sabitlik üçün də zəmin yarada biləcəyini düşünürlər. Onların fikrincə, iqtisadi inkişaf və güclənən infrastruktur sülh prosesinə təkan verəcək əsas amillərdən biri ola bilər".

Əlimusa İbrahimov: ABŞ-nin Ukrayna müharibəsinə müdaxiləsi üçün daha əlverişli bir zəmin formalaşa bilər

Onun sözlərinə görə, dünya dövlətləri hazırda bu addımı gözləyir. O cümlədən, ABŞ Ukraynanın təbii sərvətlərinin əldə edilməsi məsələsini əsas predmet olaraq götürüb:

"ABŞ, Ukrayna ilə aparılan müzakirələrdə əsas diqqəti ölkənin təbii sərvətlərinin əldə edilməsi məsələsinə yönəldib. Xüsusilə, nadir torpaq elementləri, enerji resursları və kənd təsərrüfatı sahəsindəki strateji imkanlar Vaşinqtonun maraq dairəsindədir. Buna baxmayaraq, Tramp vurğulayıb ki, ABŞ Ukraynaya göstərdiyi yardımı tamamilə təmənnasız edib və bunun müqabilində konkret bir gözləntisi olmayıb. O bildirib ki, Vaşinqtonun yardımları Ukraynanın müstəqilliyini və suverenliyini qorumaq məqsədini güdür və heç bir kommersiya marağı güdmür".

Politoloq vurğulayıb ki, sazişdən sonra ABŞ-nin müharibəyə müdaxiləsi üçün münbit şərait formalaşacaq. Həmsöhbətimiz deyib ki, müharibəyə müdaxilə istiqamətində dolayı yolla şərait yaranacaq.

"Sazişin imzalanması ilə ABŞ-nin Ukrayna müharibəsinə müdaxiləsi üçün daha əlverişli bir zəmin formalaşa bilər. Razılaşmanın mahiyyəti hər nə qədər iqtisadi və investisiya yönümlü olsa da, onun nəticələrinin yalnız iqtisadi çərçivədə məhdud qalacağı gözlənilmir. Xüsusilə, ABŞ-nin Ukraynanın strateji resurslarına çıxış imkanları əldə etməsi, regiondakı təsirini gücləndirməsi və müharibənin gedişatına dolayı yolla təsir etmək imkanlarının artması kimi ehtimallar gündəmə gəlir",- Əlimusa İbrahimov fikrini yekunlaşdırıb.

Əli Hüseynov

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:106
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 27 Fevral 2025 15:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see270

İran rejimi legitimliyini itirir ŞƏRH

19 Yanvar 2026 19:40see257

Faciənin 36 cı ildönümü...

20 Yanvar 2026 00:06see216

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see209

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see205

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see191

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar 2026 01:46see187

“20 yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi” DEPUTAT DANIŞDI

20 Yanvar 2026 11:56see184

20 Yanvar Faciəsi Azərbaycan xalqının azadlıq uğrunda qanla yazılmış tarixi ŞƏRH

19 Yanvar 2026 10:19see178

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

19 Yanvar 2026 20:18see174

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see166

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

20 Yanvar 2026 02:15see165

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see149

Saça yapışan saqqızdan qurtulmağın yolları

19 Yanvar 2026 22:13see147

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see146

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

20 Yanvar 2026 11:57see144

Suriya regional güc balansını Türkiyənin xeyrinə dəyişir

19 Yanvar 2026 22:17see143

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see137

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see135

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

20 Yanvar 2026 08:19see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri