Icma.az
close
up
RU
Zelenski Trampa qolf sopası, ABŞ lideri ona Ağ Evin açarını hədiyyə etdi

Zelenski Trampa qolf sopası, ABŞ lideri ona Ağ Evin açarını hədiyyə etdi

Qaynarinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Ukrayna prezidenti Volodimir Zelenski və ABŞ prezidenti Donald Tramp 18 avqustda Ağ Evdə keçirilən görüş zamanı hədiyyələr mübadiləsi ediblər. 

Qaynarinfo xəbər verir ki, bu barədə Ukrayna prezidentinin saytında məlumat verilir.

Qeyd olunur ki, Zelenski Trampa gənc çavuş, Ukrayna Silahlı Qüvvələrinin hərbçisi Konstantin Kartavtsev tərəfindən ona təqdim edilən qolf sopasını hədiyyə edib.

Ukrayna prezidentinin sözlərinə görə, hərbçi müharibənin ilk aylarında döyüş yoldaşlarını xilas edərkən ayağını itirib və bundan sonra qolf onun üçün reabilitasiyanın bir hissəsinə çevrilib, fiziki və emosional tarazlığını bərpa etməsinə kömək edib.

Məlumatda deyilir ki, dövlət başçısı amerikalı liderə Kartavtsevin Trampdan Ukraynaya ədalətli və davamlı sülhlə müharibəni başa çatdırmaqda yardım etməsini xahiş etdiyi videonu da göstərib.

Öz növbəsində ABŞ prezidenti hədiyyəni qəbul edib və qolf sopasına görə ukraynalı hərbçiyə təşəkkür etdiyi bir video çəkib, həmçinin Zelenskiyə Ağ Evin rəmzi açarlarını hədiyyə edib.

Qeyd edək ki, Zelenski Ağ Evin rəhbəri Donald Trampla görüşü zamanı Avropanın vəsaiti hesabına 100 milyard dollarlıq Amerika silahlarının alınmasına dair saziş imzalamağı təklif edib. Bunun müqabilində Ukrayna ABŞ-dan təhlükəsizlik zəmanətləri almaq istəyir. Bundan əlavə, Kiyev Vaşinqtona Ukrayna şirkətlərinin iştirak edəcəyi 50 milyard dollarlıq dron istehsalı üzrə saziş bağlamağı da təklif edib. Bu barədə Financial Times-a daxil olan müvafiq sənəddən məlum olub.

Zelenski ilə görüşdən əvvəl Ağ Evin rəhbəri bəyan etmişdi ki, Ukrayna Rusiyanın müəyyən şərtlərinə razılaşmalı olacaq. Xüsusilə, Tramp hesab edir ki, müharibənin başa çatması üçün Ukrayna Krımı Rusiyaya verməli və heç vaxt NATO-ya qoşulmayacağına razılıq verməlidir. Trampın xüsusi nümayəndəsi Stiv Uitkof bildirib ki, Alyaskada keçirilən sammitdə Rusiya prezidenti Vladimir Putin Ukraynaya təhlükəsizlik zəmanətləri verməyə və potensial sülh sazişi çərçivəsində bəzi ərazilərlə bağlı güzəştlərə getməyə razılıq verib.

Tramp bildirib ki, 18 avqustda Avropa siyasətçiləri ilə danışıqdan dərhal sonra Vladimir Putinə zəng edib və Putinlə Zelenskinin hələ müəyyən olunmamış yerdə görüşünün hazırlanmasına başladığını deyib. ABŞ prezidentinin sözlərinə görə, iki prezidentin və mənim iştirakımla üçtərəfli görüş keçiriləcək.

Alpər

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:107
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 19 Avqust 2025 10:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dəfn edilməyə aparılan körpə yolda ayıldı Bakıda ŞOK HADİSƏ

01 Yanvar 2026 23:36see237

Azərbaycanlı müğənni: Ay ailə başçıları, gey müğənniləri niyə toya çağırırsız?! FOTO

02 Yanvar 2026 04:55see232

Röya 3 kişi ilə yataqda VİDEO

02 Yanvar 2026 04:04see201

“Ölümü” Ukraynanın xüsusi əməliyyatı olubmuş − Denis Kapustin sağdır

01 Yanvar 2026 20:01see188

“Benfika”nın baş məşqçisi Joze Mourinyo “Çelsi”ni idarə etməyə hazırdır

01 Yanvar 2026 20:17see179

Azərbaycanlı trans: Əvvəl oğlumun atası, sonra anası olacağam VİDEO

02 Yanvar 2026 05:55see156

Xarici borcun tənzimlənməsi: Azərbaycan üçün “təhlükəsizlik yastığı”

01 Yanvar 2026 10:27see153

2026 cı ilin ilk günündən qüvvəyə minən QANUNLAR

01 Yanvar 2026 09:05see146

Əzgilin bu faydaları varmış...

02 Yanvar 2026 05:09see144

“Qarabağ bizim idi, indi bizim deyil” ifadəsi tələdir Paşinyan

01 Yanvar 2026 12:55see144

Türkiyədə Fələstinə dəstək üçün 520 min nəfər Qalata körpüsündə toplaşıb FOTOLENT

01 Yanvar 2026 18:21see143

“Formula 1”də ən çox qazanan sürücülər: 2025 ci ilin ən yaxşı 5 pilotu

01 Yanvar 2026 18:03see140

Putinə qarşı bu addım vəziyyəti ağırlaşdırdı Türkiyəli politoloq

01 Yanvar 2026 11:43see140

Sabah da ayrılıq baş verə bilər, Rusiyaya geri qayıdır İDDİA

01 Yanvar 2026 13:32see138

Niyə müalicə üçün xaricə gedirik? ARAŞDIRMA

01 Yanvar 2026 13:14see137

KİV: Aktyor Tommi Li Consun qızının meyiti Kaliforniyadakı hoteldə tapılıb

02 Yanvar 2026 08:52see137

Türkiyə Çin vətəndaşları üçün vizanı ləğv edib

01 Yanvar 2026 17:48see136

Pensiya yaşı ilə bağlı QƏRAR VERİLDİ Bu ildən...

01 Yanvar 2026 09:53see136

Qarabağı istəyən erməni müğənninin yolka sı FOTO

01 Yanvar 2026 13:12see136

Putin cavan qalmaq üçün gözləməli olacaq KONKRET

01 Yanvar 2026 19:30see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri