Icma.az
close
up
RU
Zelenski: “Trampı İranın bombalanması münasibətilə təbrik etdim bu, uğurlu əməliyyat idi” KONKRET

Zelenski: “Trampı İranın bombalanması münasibətilə təbrik etdim bu, uğurlu əməliyyat idi” KONKRET

Konkret.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Haaqada keçirilən NATO sammiti çərçivəsində Ukrayna Prezidenti Volodimir Zelenski ilə ABŞ Prezidenti Donald Tramp arasında xüsusi görüşə dair əlavə təfsilatlar yayılır.

KONKRET.az Musavat.com-a istinadən xəbər verir ki, Zelenski görüş barədə sosial media hesabında paylaşım edərək, Trampı “Yaxın Şərqdə uğurla həyata keçirilmiş bombalama əməliyyatı” münasibətilə təbrik etdiyini bildirib.

“Bu gün mən Trampı İranın bombalanması münasibətilə təbrik etdim: bu, uğurlu əməliyyat idi”, – deyə Ukrayna lideri qeyd edib.

O bildirib ki, ABŞ-ın atdığı addımlar yalnız İranın nüvə proqramını deyil, eyni zamanda dron istehsalını da zəiflədib: “Vaşinqtonun bu əməliyyatı strateji baxımdan böyük nəticələr verə bilər. Biz vəziyyəti izləməyə davam edirik”.

Zelenskinin paylaşımında daha bir diqqətçəkən detal Ukraynanın ABŞ-dan hava hücumundan müdafiə sistemləri almağa hazır olmasıdır. O bildirib ki, bu sistemlər şəhərlərin, dinc əhalinin, infrastrukturun və hətta kilsələrin qorunması üçün həyati əhəmiyyət daşıyır.

Ukrayna lideri həmçinin bildirib ki, ölkəsi bu sistemləri almağa və ABŞ-ın müdafiə sənayesini dəstəkləməyə hazırdır.

“Avropa bu prosesdə maliyyə dəstəyi göstərə bilər. Eyni zamanda, mümkün olan PUA-ların ortaq istehsalı məsələsini də müzakirə etdik – bir-birimizi gücləndirə bilərik”, – deyə Zelenski əlavə edib.

“Putin qətiyyən qalib gəlmir” – cəbhədə real vəziyyət

Zelenski həmçinin Trampa Ukrayna cəbhəsindəki real vəziyyət barədə hesabat təqdim etdiyini bildirib. “Putin qətiyyən qalib gəlmir. Mən Trampa yerindəki vəziyyəti, faktlarla təqdim etdim”, – deyə o bildirib.

Ukrayna Prezidenti həmçinin İstanbulda keçirilən texniki müzakirələr, əsir və meyit mübadiləsi barədə də Trampa məlumat verdiyini söyləyib:

“Rusiya öz ölü əsgərlərinin meyitlərini bizə verib. Biz hazırda onların kimliyini müəyyənləşdirmək üçün Kiyevdə ekspertizalar aparırıq”.

Zelenski sonda Trampa göstərdiyi dəstəyə və “xalqımıza deyilən xoş sözlərə” görə təşəkkür edib: “İrəlidə birlikdə daha çox işlər görəcəyik. Əməkdaşlıq davam edəcək”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:102
embedMənbə:https://konkret.az
archiveBu xəbər 25 İyun 2025 21:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see360

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see241

Neft qiymətləri yüksəlir: Geosiyasi risklər bazara təsir göstərir

29 Dekabr 2025 09:52see236

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see194

Siyasi qorxunun məhsulu

30 Dekabr 2025 09:45see182

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see178

Türkiyədə tanınmış reper həbs edildi

30 Dekabr 2025 03:04see167

AZAL ın təyyarə qəzasının araşdırılması üçün Qazaxıstanla əməkdaşlıq edirik Rusiya XİN

30 Dekabr 2025 20:05see167

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see165

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see158

Ekspert xəbərdarlıq etdi: 2026 da iqtisadi çətinlik...

30 Dekabr 2025 08:15see154

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see150

Yamal 20+20 qolla yüksək liqa oyunçularının elit siyahısına qoşulub

30 Dekabr 2025 03:09see145

AİJA qalibləri açıqladı: Qaynarinfo İlin saytı seçildi

29 Dekabr 2025 18:25see143

2026 cı ildə Bakıda hansı infrastruktur layihələri REALLAŞDIRILACAQ?

30 Dekabr 2025 14:16see142

ABŞ ın Mərkəzi Kəşfiyyat İdarəsi Venesuela limanına zərbə endirib

30 Dekabr 2025 09:43see141

Yeni ilin məşhur salatı ilə bağlı dietoloqdan xəbərdarlıq

29 Dekabr 2025 11:41see140

Ötən həftə 175 yanğın olub, 7 nəfərin meyiti tapılıb

29 Dekabr 2025 10:05see139

Tramp: “F 35”lərin Türkiyəyə satışı ilə bağlı ciddi müzakirələr aparılır

30 Dekabr 2025 05:45see136

Birmarketdən növbəti böyük hədiyyə: Kia K5 Sport qalibə təqdim olundu

30 Dekabr 2025 19:53see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri