Icma.az
close
up
RU
Zelenski Trampın nümayəndələri ilə danışıqları açıqladı “Uzunmüddətli sülh üçün yaxşı ideyalar var”

Zelenski Trampın nümayəndələri ilə danışıqları açıqladı “Uzunmüddətli sülh üçün yaxşı ideyalar var”

Icma.az, Azpolitika.az portalına istinadən məlumatı açıqlayır.

Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ Prezidenti Donald Trampın nümayəndələri ilə telefon danışığından sonra uzunmüddətli sülhə nail olmaq üçün “yaxşı ideyaların” mövcud olduğunu bildirib.

Bu barədə “Ukrainskaya pravda” nəşri məlumat yayıb.

Zelenski sosial şəbəkə hesablarında açıqlamasında ABŞ tərəfdən Stiv Uitkoff və Cared Kuşnerlə telefon danışığı apardığını qeyd edib. Onun sözlərinə görə, söhbət zamanı Ukrayna tərəfindən Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rüstəm Umerov, Silahlı Qüvvələrin Baş Qərargah rəisi Andrey Qnatov və xarici işlər naziri Andrey Sibiqa da müzakirələrə qoşulub.

Ukrayna Prezidenti bildirib ki, tərəflər iş prosesinə dair bir sıra mühüm detalları müzakirə ediblər. “Ümumi nəticə və uzunmüddətli sülh naminə işləyə biləcək yaxşı ideyalar var. Həqiqi təhlükəsizlik, həqiqi bərpa və həqiqi sülh – hamımızın ehtiyacı olan məhz budur”, –deyə Zelenski vurğulayıb.

O, yaxın zamanda Rüstəm Umerovun Uitkoff və Kuşnerlə ayrıca telefon danışığı aparacağını da əlavə edib. Zelenski, eyni zamanda, amerikalı nümayəndələrdən Donald Trampa və onun ailəsinə Milad bayramı münasibətilə təbriklərini çatdırmağı xahiş edib.

Qeyd edək ki, Ukrayna Prezidenti dekabrın 24-də ABŞ ilə razılaşdırılmış 20 maddəlik sülh planının məzmununu ilk dəfə açıqlamışdı. Jurnalistlərlə söhbətində Zelenski əvvəlki variantda yer alan Ukraynanın NATO üzvlüyündən imtina tələbi ilə bağlı da mövqeyini ifadə edib. “Bu, tərəflərin – Amerika, Ukrayna, Avropa və Rusiyanın razılaşmasıdır. Bizim fikrimizcə, Ukraynanın NATO-ya qəbul edilib-edilməməsi Alyans üzvlərinin seçimidir. Biz isə öz seçimimizi etmişik”, – deyə o, “Yevropeyskaya pravda”ya bildirib.

Bu arada, Bloomberg agentliyi Kremlə yaxın mənbəyə istinadla xəbər verir ki, Moskva Ukrayna və ABŞ arasında müzakirələr nəticəsində hazırlanmış 20 maddəlik sülh planına dəyişikliklər edilməsinə çalışır. Mənbənin sözlərinə görə, Rusiya NATO-nun şərqə doğru genişlənməyəcəyinə dair zəmanət və Ukraynanın Avropa İttifaqına üzv olduğu halda neytral statusunun qorunmasını tələb edir.

Kremlin mətbuat katibi Dmitri Peskov isə bildirib ki, Rusiya Prezidenti Vladimir Putin dekabrın 20–21-də Mayamidə keçirilən danışıqların nəticələri barədə məlumatlandırılıb və yaxın vaxtlarda Moskva Vaşinqtonla mövqelərini müzakirə etmək üçün təmasları davam etdirəcək.

“AzPolitika”

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:121
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 26 Dekabr 2025 11:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see301

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see278

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see275

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see268

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see255

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see252

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see245

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see243

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see240

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see226

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see222

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see218

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see215

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see214

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see213

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see210

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see206

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see204

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see201

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri