Zelenski Trampın Ukrayna siyasətini tənqid etdi
Gununsesi saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Ukrayna Prezidenti Volodimir Zelenski hesab edir ki, ABŞ Prezidenti Donald Tramp Rusiya Prezidenti Vladimir Putini dayandırmağın yolunu tapa bilmədiyi üçün Ukraynaya təzyiq göstərir.
Gununsesi.info xəbər verir ki, Zelenski bu barədə ABC News telekanalına müsahibəsində bildirib.
“Bu insanlar Putini necə dayandırmağın yolunu tapa bilmirlər. Çünki Putini dayandırmaq başqalarına təzyiq göstərməkdən daha çətindir. Dizel yanacağının qiymətlərindən danışmaq və bunu Ukrayna ilə əlaqələndirmək daha asandır”, – o qeyd edib.
Ukrayna Prezidentinin sözlərinə görə, dünyada neft və neft məhsullarının qiymətlərinin artmasının əsas səbəbi Yaxın Şərqdəki müharibə və Hörmüz boğazının bağlanmasıdır.
Zelenski ABŞ ilə Rusiya arasında dizel yanacağına dair razılaşmanı niyə “Putinə hədiyyə” adlandırdığını da izah edib.
“Bu razılaşma Putinə pul qazandırır. O isə həmin pulları yalnız bu müharibəyə xərcləyir. Bizi, uşaqlarımızı öldürmək üçün. Onun bu müharibəyə xərcləmək üçün çoxlu pulu var”, – Ukrayna lideri bildirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:292
Bu xəbər 11 Oktyabr 2026 23:57 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















