Zelenski Trampla görüşə gedib və Avropa liderləri ilə söhbət edəcəyini açıqlayıb
Icma.az, Bizimyol portalına istinadən məlumat yayır.
Bizimyol.info xəbər verir ki, Zelenski bunu jurnalistlərə verdiyi açıqlamada bildirib.
O, ABŞ Prezidenti Donald Trampla görüşmək üçün təyyarə ilə uçduğunu qeyd edib. O, həmçinin Kanadada dayanacağını, orada Kanada Baş naziri Mark Karni ilə görüşəcəyini və Avropa liderləri ilə birgə görüş keçirəcəyini də qeyd edib.
"Hazırda təyyarədə Amerika Birləşmiş Ştatlarının Florida ştatına gedirik. Yolüstü Kanadada dayanacağıq. Mən Kanada Baş naziri Karni ilə görüşəcəyəm. Avropa liderləri ilə onlayn görüşməyi planlaşdırırıq. Bütün məsələləri müzakirə edəcək, onlara qısa məlumat verəcək və Amerika Birləşmiş Ştatlarının Prezidenti ilə müzakirə edəcəyim sənədlərin təfərrüatlarını mübadilə edəcəyik. Əlbəttə ki, bu detallar arasında hansı həssas məsələləri qaldıracağımızı bilirsiniz", - deyə Zelenski vurğulayıb.
Ukrayna prezidenti həmçinin bildirib ki, Floridadakı görüş həm kameralar, həm də media üçün açıq olacaq.
"Bilmirəm, əvvəlində, yoxsa sonunda olacaq, amma bu, açıq görüşdür. Formata gəldikdə isə, bu formatın başlanğıcı artıq baş tutub. Qrupumuz Rüstəm Umerov, Andrey Yermak, Cared Kuşner və Stiv Vitkoffla birlikdə artıq Mayamidə birlikdə işləyiblər; bir neçə görüş olub və razılaşdıq ki, irəliləyiş olarsa, liderlər səviyyəsində görüş keçiriləcək. Sabah Floridada Prezident Trampla görüşməyimiz irəliləyişin olduğunu göstərir", - deyə Ukrayna prezidenti bildirib.
O qeyd edib ki, ABŞ komandası Rusiya ilə əlaqə saxlayıb və Moskvada görüşlər keçirib və buna görə də Vitkoff və Kuşnerin görüşə qoşulmasını səbirsizliklə gözləyir.
"Daha çox görüş və harada yaşadığımızı, nə uğrunda vuruşduğumuzu, kimin vuruşduğunu izah etmək üçün daha çox fürsət olcaq. Onlar çox şey bilirlər. Düşünürəm ki, görüşlərimiz onlara bir çox detalları anlamağa kömək edir: təhlükəsizlik zəmanətləri, əlbəttə ki, bu təhlükəsizlik zəmanətlərinin hüquqi dəstəyi və nəyə ehtiyacımız var; ruslarla müqavilələrin riskləri, çünki onlar bu gün işləyə və sabah pozula bilərlər; və açığı, bizim necə insanlar olduğumuz barədə öyrənəcəklər. Onlar mənə həmişə xalqımızın gücünə, əsgərlərimizin gücünə böyük hörmət etdiklərini deyiblər. Və bu, doğrudur", - deyə Zelenski vurğulayıb.
Ukrayna prezidenti Vladimir Zelenski və ABŞ prezidenti Donald Tramp arasında görüş dekabrın 28-də Floridada planlaşdırılıb.
Zelenski hesab edir ki, Ukrayna və ABŞ Kiyev üçün Amerika təhlükəsizlik zəmanətləri ilə bağlı ikitərəfli müqavilə imzalamağa daha yaxındırlar. Bazar günü iki prezident arasında keçiriləcək görüşdən çox şey asılı olacaq. Eyni zamanda, Ukrayna Prezidentinin qeyd etdiyi kimi, əgər bu müqaviləni imzalayıb-imzalamamaq sualı yaranarsa, onun fikrincə, “bu, görüşümüzün formatından asılı olaraq artıq ikinci dərəcəli məsələdir.
Qadir, Bizimyol.info
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:27
Bu xəbər 27 Dekabr 2025 16:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















