Zelenski Trampla görüşmək istəyir: Həll olunmamış məsələlər var
Icma.az, Ayna portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
“Danışıqlarla, dronlarla və Yaxın Şərqlə bağlı bir çox problemimiz var”
Ukrayna Prezidenti Volodimir Zelenski amerikalı həmkarı Donald Trampla görüşmək ehtiyacında israr edir, çünki "bəzi həll olunmamış məsələlər var". AYNA.AZ-ın məlumatına görə, Ukrayna Prezidentinin açıqlaması "Interfax-Ukraine" tərəfindən yayımlanıb.
Zelenski qeyd edib ki, o Rusiya neftinə qarşı ABŞ sanksiyalarının yumşaldılması barədə Trampla danışmayıb. Eyni zamanda, o Trampın bu məsələdə Ukraynanın mövqeyindən xəbərdar olduğunu vurğulayıb.
"Düşünürəm ki, danışıqlarla, dronlarla və Yaxın Şərqlə bağlı bir çox problemimiz var. Məncə, indi Trampla görüşməliyik. Çünki komandalarımız işləyir, amma bəzi həll olunmamış məsələlərimiz var. Komandalarımız görüşümüz üzərində daha çox çalışmalıdırlar", - deyə Zelenski bildirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:137
Bu xəbər 16 Mart 2026 09:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















