Zelenski Trampla görüşün nəticəsiz qalmasından sonra yeni sülh təkliflərini AÇIQLADI
Icma.az, Oxu.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
"Ağ Evdə ABŞ Prezidenti Donald Tramp ilə görüş gözlənildiyi kimi keçmədi".
Oxu.Az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski "X" sosial şəbəkə hesabında yazıb.
"Heyf ki, belə oldu. Hər şeyi düzgün etməyin vaxtı çatıb. Biz gələcəkdə əməkdaşlığın və ünsiyyətin konstruktiv olmasını istəyirik" , - deyə o bildirib.
Bununla yanaşı, V. Zelenski Ukraynanın minerallar və təhlükəsizlik mövzusunda sazişi istənilən vaxt imzalamağa hazır olduğunu vurğulayıb:
"Ukrayna sülhə can atır. Bizdən heç kəs sonsuz müharibə istəmir. Müharibənin sona çatması prosesində ilk mərhələlər əsirlərin azad edilməsi, dənizdə və səmada atəşkəs ola bilər, bu da raketlərin, uzaqmənzilli dronların istifadəsinin, enerji və mülki infrastruktura zərbələrin qadağan edilməsini nəzərdə tutur".
Baxış sayı:126
Bu xəbər 04 Mart 2025 20:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















